Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:31 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsuda şəhid Rüfət Fətəlizadənin xatirəsi anılıb
Ağsuda şəhid Rüfət Fətəlizadənin xatirəsi anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 10.08.2018

 

1995-ci il fevralın 17-də Ağsu rayonunun Padar kəndində dünyaya göz açan, 2014-cü il avqustun 10-da erməni qəsbkarlarının təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Rüfət Fətəlizadənin xatirəsi ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu şəhərində Rüfət Fətəlizadənin uyuduğu qəbiristanlıqda keçirilən anım mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin ömür yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılan Rüfət Fətəlizadə 2014-cü il avqustun 10-da cəbhənin Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

Torpaqlarımızın işğalından, erməni təcavüzkarlarının törətdikləri qətliamlardan danışan natiqlər bu gün regionun ən güclü ordusuna malik Azərbaycanın düşmənə hər an sarsıdıcı zərbə endirmək qüdrətinə malik olduğunu bildiriblər.

Mərasimdə şəhid Rüfət Fətəlizadənin ruhuna dualar oxunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM