Alternative content

10:49 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kulinarlarımızın növbəti uğuru
Kulinarlarımızın növbəti uğuru
ANA SƏHİFƏ / Mədəniyyət
03:08 10.08.2018

 

Avqustun 10-da “Trend” şirkətlər qrupunda Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) əməkdaşlarının Türkiyənin Məngən şəhərində 33-cü Beynəlxalq Aşpazlıq və Turizm Festivalında və Rusiya Federasiyası Yekaterinburq şəhərində baş aşpazların toplantısında iştirakına həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov komandanın fəaliyyətindən söhbət açıb.

Bildirib ki, avqustun 3-dən 5-dək Azərbaycan aşpazları- Emil Əliyev və Maksim Qolovin ölkəmizi Türkiyənin Məngən şəhərində beynəlxalq festivalda təmsil ediblər. Festivalda Azərbaycan, Ukrayna, Malayziya və Türkiyə də daxil olmaqla 9 ölkə iştirak edib.

Festivalın münsiflər heyətində yer aldığını söyləyən Tahir Əmiraslanov aşpazlarımızın hazırladığı yeməklərin birinci yer tutaraq qızıl medal və kuboka layiq görüldüyünü söyləyib. İkinci yer, gümüş medalları Malayziya komandası, üçüncü yer, bürünc medalları Özbəkistan komandası, dördüncü yerə isə Maldiv Respublikasının komandası layiq görülüb.

Həmçinin, avqustun 6-7-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində dünyanın digər tanınmış aşpazları ilə birlikdə keçirilən usta siniflərində həmyerlimiz Ziya Şahbazov xüsusilə fərqlənib və diplomla təltif olunub.

Bildirilib ki, hər iki yarışmada “Azərsun” holdinqin məhsullarından istifadə olunub.

Sonda T.Əmiraslanov jurnalistləri maraqlandıran sualları cavablandırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM