Alternative content

00:23 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kaliforniyanda təbiət yanğınları səbəbindən 20 min insan təxliyə olunub
Kaliforniyanda təbiət yanğınları səbəbindən 20 min insan təxliyə olunub
ANA SƏHİFƏ / DÜNYA
03:08 10.08.2018

ABŞ-ın Kaliforniya ştatının hakimiyyət orqanları təbiət yanğınların tüğyan etdiyi Riversayd və Oranc dairələrindən 20 min insanın təxliyə olunmasına qərar verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Kaliforniya qubernatoru Cerri Braun hər iki dairənin ərazisində fövqəladə vəziyyət rejimi elan edib. O, alovun minlərlə evə təhlükə yaratdığını bildirib və əhalini təhlükəli zonalardan uzaqlaşmağa çağırıb.

Kaliforniyada bir neçə həftədir davam edən yanğınlar nəticəsində azı 10 nəfərin həlak olduğu barədə məlumat yayılıb. Ştat hökumətinin məlumatına əsasən, “Holi” adı verilən yanğın artıq 4 min hektar əraziyə yayılıb. İsti hava şəraiti və quraqlıq, həmçinin güclü külək yanğının söndürülməsi əməliyyatlarını çətinləşdirir.

Bu gün yerli məhkəmədə yanğını törətməkdə ittiham edilən 51 yaşlı Forrest Klarkın məhkəməsi başlayacaq. Günahı sübut olunacağı təqdirdə onu ömürlük həbs cəzası gözləyir.