Alternative content

01:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib
Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:08 10.08.2018

Avqustun 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və “Dəniz kuboku–2018”dən bəhs edən videoçarx nümayiş etdirilib.

Mərasimin aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani yarışda iştirak edən Azərbaycan, Rusiya, Qazaxıstan və İran ölkələri arasında keçirilən kubokun əhəmiyyətindən bəhs edib. A.Qurbani “Dəniz kuboku-2018”in Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan söz açıb.

Sonra kubok və “Dəniz kuboku–2018” yarışlarında iştirak edən komandaların bayraqları meydana gətirilib.

“Dəniz kuboku–2018” müsabiqəsində yer tutan komandalar təqdim olunub.

Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Rusiya Federasiyası "Dəniz kuboku-2018"in qalibi olub. Yarışda ikinci yerə Qazaxıstan komandası çıxıb. Azərbaycan və İran Hərbi dənizçiləri müsabiqədə üçüncü yerə layiq görülüblər.

Sonra yarışın qalibi olan Rusiyanın dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov tədbirin əhəmiyyətindən danışıb. Nizam Osmanov bildirib ki, yarışların şəffaf və ən yüksək səviyyədə keçirilməsi üçün dəniz poliqonlarında və təlim-məşq komplekslərində hər cür şərait yaradılıb. Yarışlarda gərgin mübarizənin şahidi olduğunu deyən N.Osmanov qeyd edib ki, bu yarışın ən böyük nailiyyəti Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin yaranması oldu.

Sonra “Dəniz kuboku-2018” beynəlxalq yarışları bağlı elan edilib.