Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:04 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Şəhəsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Dövlət Şəhəsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 10.08.2018

Avqustun 10-da “Marriot Absheron” otelində Azərbaycan Respublikasının Dövlət Şəhəsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Fövqəladə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, paytaxt rayonlarının icra hakimiyyətlərinin, tikinti şirkətlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Şəhəsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tədbirdə çıxış edərək ölkəmizdə şəhərsalma fəaliyyətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, son illər respublikanın bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti, quruculuq-abadlıq işləri nəticəsində ölkəmizin şəhərləri gündən-günə gözəlləşir. Komitə sədri bu sahədə uğurlarla yanaşı, müəyyən nöqsanlara və qayda pozuntularına yol verildiyini, şəhərsalma, tikinti norma və standartlarının pozulduğunu qeyd edərək, tikinti sahəsində islahatların həyata keçirilməsi, səmərəli və şəffaf nəzarət sisteminin qurulması ilə bağlı Prezident İlham Əliyevin göstərişlərini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, memorandumun məqsədi tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə iki qurum arasında əməkdaşlığın inkişafı, qanunvericiliyin tələblərinin həyata keçirilməsi, qanunsuz tikintilərin qaşrısının alınması ilə ölkəmizin inkişafına töhfə vermək bu sektorda çalışan iş adamlarına və yerli icra hakimiyyəti orqanlarına dəstək verməkdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti sahəsində Baş İdarə ilə fəal əməkdaşlıq etdiyini deyən S.Nuriyev bildirib ki, memorandumun imzalanması şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində dövlətimizin başçısının tapşırıqlarının icrasını təmin etməklə yanaşı, bu sahədə hər iki qurum arasında işbirliyinin daha sıx və səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcək.

Diqqətə çatırılıb ki, müəyyən tikinti şirkətlərinin rəhbərləri bəzi hallarda tikinti üçün müvafiq qurumlardan lazımi sənədləri almadan inşaat işlərinə başlayırlar. Belə halların qarşısının alınmasında imzalanan memorandum mühüm rol oynayacaq.

Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan iqtisadi və institusional islahatların şəffaflığın və hesabatlılığın təmin olunması, korrupsiya hallarının qarşısının alınmasında əhəmiyyətini xüsusi vurğulayıb. Baş İdarə rəisi korrupsiyaya qarşı mübarizədə qurumlararası əməkdaşlığın əhəmiyyətini qeyd edərək imzalanan sənədin həm tərəflər arasında korrupsiyaya qarşı birgə səmərəli mübarizənin aparılmasında, həm də digər fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq kontekstində mühüm rola malik olduğunu bildirib.

Ölkəmizin sürətli tərəqqisinin şəhərsalma və tikinti sahəsinin də inkişafına mühüm təkan verdiyini vurğulayan K.Əliyev bununla yanaşı, müəyyən nöqsanların da olduğunu bildirib. Ölkəmizdə tikinti sahəsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edən Baş İdarə rəisi diqqətə çatdırıb ki, bu sahədə problemlər əsasən, qanunsuz tikililərin inşa olunması, vətəndaşların hüquqlarının və əmək münasibətlərinin pozulmasıdır. Qeyd olunub ki, tikinti sahəsində qanun pozuntulara əsasən paytaxtın Abşeron, Nəsimi və Qaradağ rayonlarında rast gəlinir. İlin əvvəlindən tikinti sektorunda 89 şəxs barəsində 61 cinayət işi baxılaraq məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin icratında bu sahə üzrə 16 cinayət işi istinaq olunur. Qeyri-əmək münasibətləri ilə bağlı Baş İdarəyə 33 material daxil olub ki, bunun da 4-ü üzrə cinayət işi başlanılıb, 3 iş məhkəmələrə göndərilib.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komisənin sədri Samir Nuriyev və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iki qurum arasında Əməkdaşlıq Memorandumunu imzalayıblar.

İmzalanma mərasimindən sonra jurnalistlərin sualları cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM