10 Avqust 2018 09:08
165
CƏMİYYƏT
A- A+

Kənd təsərrüfatı naziri Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb

 

Görüşdə yeni nar bağlarının salınması, ənənəvi sortların populyarlaşdırılması, ixracatın stimullaşdırılması ilə kimi təkliflər səsləndirilib

 

Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşə assosiasiyanın rəhbərləri, “AZ-Granata”, “Aznar”, “Gilan Agriculture”, “Azərsun”, “Red Valley”, “Aqrobiznes Qrup” şirkətlərinin, Sabirabad konserv zavodunun, “Araz konservləşdirilmiş şirələr və konyak” zavodunun, “Fidan”, “Antim”, “Ələddin Fermer” məhdud məsuliyyətli cəmiyyətlərin təmsilçiləri, fermer və aqronomlar qatılıblar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığa böyük önəm verdiyini deyib. Nazirlikdə struktur dəyişiklikləri aparıldığını deyən nazir bu çərçivədə fermerlərlə, assosiasiyalarla və kooperativlərlə iş şöbəsinin yaradıldığını xatırladıb. İnam Kərimov nazirliyin öz fəaliyyətində fermerlərə yaxın olmaq prinsipini əsas götürdüyünü vurğulayıb, indiyə kimi bir çox ixtisaslaşmış assosiasiyaların nümayəndələri ilə görüşdüyünü deyib. Assosiasiyaların nümayəndələri ilə görüşlərdə məqsəd problemləri araşdırmaq, ümumiləşdirmək, təhlil etmək və çıxış yolları ilə bağlı təkliflər hazırlamaqdır. Narın ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarından biri olduğunu xatırladan nazir bu sahənin inkişaf etdirilməsinin vacib olduğunu deyib.

Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ölkədə nar yetişdirilməsində mövcud vəziyyətdən danışıb, istehsal həcminə rəğmən ixrac göstəricisinin aşağı olduğunu deyib və bunu keyfiyyətli məhsulun az olması ilə əlaqələndirib. Fərhad Qaraşov ting çatışmazlığını, mütəxəssislərin sayının az olmasını, nar bağlarında istifadə olunan dərman və gübrələrin çatışmazlığını, istehsal səviyyəsinə dair statistik məlumat bazasının zəif olmasını həllini gözləyən əsas məsələlər kimi qeyd edib.

Görüşdə çıxış edən assosiasiya üzvləri yeni nar bağlarının salınması, Azərbaycana məxsus ənənəvi sortların populyarlaşdırılması, ixracatın stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər.

Nazir İnam Kərimov hazırda ölkədə tingçilik və toxumçuluğun inkişafına dair Dövlət Proqramının layihəsi üzərində iş getdiyini deyib, sənəddə narçılığın inkişafını dəstəkləməklə bağlı müddəaların yer alacağını bildirib. Görüşdə səsləndirilən təkliflərin nəzərə alınacağını deyən nazir bu cür görüşlərin mütəmadi keçiriləcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video