10 Avqust 2018 09:08
595
Səhiyyə
A- A+

Həkimlər: həddən artıq çox yatmaq orqanizm üçün ölümcül təhlükə doğura bilər

Əgər insan 10 saat yatırsa, onun vaxtsız ölüm riski 7 saat yatan insanla müqayisədə 30 faiz artır. Bu məlumat “News-medical.net” portalında yerləşdirilib.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, alimlər yuxunun davamlılığı, keyfiyyəti, ürək-damar problemləri və ölüm halları məsələlərini 3 milyondan çox insanın üzərində tədqiq ediblər. Həmin insanlar bundan əvvəl digər tədqiqatlara da cəlb olunub.

Məlumdur ki, doyunca yatmamaq sağlamlıq üçün olduqca təhlükəlidir. Sən demə, həddən artıq çox yatmaq da ziyandır. Belə ki, 10 saatdan çox davam edən yuxu insult nəticəsində ölüm riskini 56 faiz, ürək-damar xəstəliyindən ölüm riskini 49 faiz artırır.

Yeri gəlmişkən, yaponiyalı alimlərin son tədqiqatına görə, qısa müddətli və həddən artıq uzun yuxu yaşı 60-dan yuxarı insanlarda demensiyanın yaranma və vaxtsız ölüm riskini artırır. Bu nəticə on il ərzində 1517 insan üzərində müşahidə əsasında əldə edilib. Müvafiq dövrdə 294 könüllüyə demensiya diaqnozu qoyulub, 282 nəfər isə ölüb. Məlum olub ki, sutkada 5 saatdan az və 10 saatdan çox yatan insanlarda demensiya və ölüm halları gün ərzində 5-9 saat yatanlarla müqayisədə daha yüksək olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video