10 Avqust 2018 09:08
159
CƏMİYYƏT
A- A+

YUNESKO-nun baş direktoru Beynəlxalq Gənclər Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

YUNESKO-nun baş direktoru Odri Azule 12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.

AZƏRTAC YUNESKO-nun rəsmi saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Gənclər Günü “Gənclər üçün təhlükəsiz məkanlar” mövzusuna həsr olunur.

Odri Azulenin müraciətində şəxsiyyətin formalaşmasında gənclik dövrünün mühüm mərhələ olduğu qeyd edilir. Bildirilir ki, “Gənclər üçün təhlükəsiz məkanlar”a zəmanət vermək şəxsiyyətin hərtərəfli inkişafına şərait yaratmaq, gənclərin öz potensialını ortaya qoyması üçün onlara etimad göstərmək, onlarda özünüdəyərləndirmə keyfiyyətini aşılamaq deməkdir. Sözün geniş mənasında, bu cür məkanlar deyəndə gənclərin bir-biri ilə əlaqə qurması üçün istənilən yer və mühit başa düşülür. Söhbət, ilk növbədə, məktəb, lisey və universitetlər kimi təhsil ocaqlarından gedir. Bu cür məkanlara, həmçinin istirahət və idman yerləri, gənclərin özlərini vətəndaş kimi göstərə biləcəyi ictimai mühit daxildir. Eləcə də gənclərin erkən yaşlarından fəal şəkildə istifadə etdikləri virtual rəqəmsal məkanı və sosial şəbəkələri yaddan çıxarmaq olmaz. Bu məkanlarda cinsi, mədəni, dil və dini mənsubiyyətindən asılı olmayaraq sosial sərhədlər aradan qaldırılmalı, fikrin sərbəst şəkildə ifadə edilməsinə, hər kəsin ləyaqətinə hörmət bəslənilməsinə zəmanət verilməlidir. Diskriminasiyalara, təqiblərə, gizli və ya açıq zorakılığa qarşı mübarizə aparmaq olduqca vacibdir.

YUNESKO-nun baş direktoru müraciətində vətəndaş cəmiyyətlərini, sahibkarlıq fəaliyyəti nümayəndələrini gənclərin öz potensialını ortaya qoyması, gənclərə xas müstəsna keyfiyyətlərin, təşəbbüskarlığın üzə çıxarılması məqsədilə onlarla qarşılıqlı əlaqələrin yeni formaları üzərində düşünməyə çağırıb

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video