Alternative content

05:30 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan iqtisadiyyatının yeni yüksəliş mərhələsi başlayır
Azərbaycan iqtisadiyyatının yeni yüksəliş mərhələsi başlayır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 10.08.2018

 

Beynəlxalq reytinq agentliklərinin hesabatlarına əsasən, gələn il ölkə iqtisadiyyatı 3 faiz artacaq, sosial və siyasi sabitlik davam edəcək

 

Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1,5 faiz artacaq. 2019-cu ildə isə bu rəqəmin 3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Bu məlumat dünyanın tanınmış “Moody's” agentliyinin son hesabatında yer alıb. Sənəddə bildirilir ki, 2017-ci ildə neftin qiyməti orta hesabla 54 dollar səviyyəsində olub. 2016-cı ildə bu rəqəm 44 dollar təşkil edib. Milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının tədricən bərpa olunmasına gətirib çıxarıb.
Proqnozlarımıza görə, bu il Azərbaycanda ümumi daxili məhsulun artımı 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcək. Bu, neft məhsullarının qiymətinin yüksəlməsi və Azərbaycan məhsullarının ixracının artması ilə bağlıdır.

 

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

 

Son iki ildə Azərbaycanda həyata keçirilən yeni islahatların əsas istiqamətləri iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək və ixrac imkanlarını genişləndirməkdir.
Agentliyin hesabatından da bəlli olur ki, son illərdə dünya bazarlarına çıxan Azərbaycan məhsullarına tələbat artır. “Made in Azerbaijan” brendinin coğrafiyası artıq genişlənir. Məhsullarımız bir çox ölkədə ticarət evlərində satışa çıxarılır.
Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında artıq yeni mərhələ başlanıb.
Məhz bunun nəticəsidir ki, 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib. İlin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon dollar) ikinci və elektrik enerjisi (54,6 milyon dollar) üçüncü olub.
2017-ci ilin yanvar ayından 2018-ci il iyunun 30-dək “Azexport.az” portalına dünyanın 96 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon dollar təşkil edib. Qeyri-neft ixracının artırılması məqsədilə göstərilən dövlət dəstəyi tədbirləri də bu müddətdə davam etdirilib. İndiyədək 15 ixrac missiyası təşkil edilib. Beynəlxalq sərgilərdə ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb.

 

Növbəti 4 ildə Azərbaycanın qaz ixracı artacaq

 

Xatırladaq ki, ötən həftə “Standard & Poor's” reytinq agentliyi də yeni hesabatını açıqlamışdı. Həmin hesabatda da göstərilirdi ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq.
Sənəddə 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul (ÜDM) istehsalının artımının 3,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb. Gələn il üçün ÜDM-in 3,5 faiz artacağı göstərilib. Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin bu il 3,5, 2019-cu ildə 2,5 faiz artacağı proqnozlaşdırılmışdi.
Reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.
Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şahdəniz” qaz kondensat yatağının hazırlanmasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb. Bu, öncədən planlaşdırılmış qrafikə uyğun olub.
Hesabatda qeyd edilir ki, növbəti 4 ildə qaz ixracı tədricən artacaq. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir.

 

Geniş sosial və siyasi sabitliyin davamı

 

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi isə Azərbaycandakı sosial və siyasi sabitliklə bağlı maraqlı proqnoz açıqlayıb. Proqnoza əsasən, Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək.
Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi agentlik manatın sabit məzənnəsini qeyd edib.
Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb.
Daha sonra hesabatda qeyd edilir ki, neftin yüksək qiymətləri, “Cənub qaz dəhlizi” layihəsinin reallaşması və “Şahdəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək.

 

Ölkəmiz MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdədir

 

Ötən həftə həmçinin Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlamışdı.
Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 5-ci yerdə 306,7 dollarla Azərbaycan, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.

 

Beynəlxalq birliyin Azərbaycandakı iqtisadi islahatlara verdiyi qiymət

 

Rusiyanın AKRA reytinq agentliyinin bu il açıqladığı hesabatda da maraqlı faktlar mövcuddur. Belə ki, sənəddə bu il Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2022-ci ildə isə ÜDM-in 3,2 faizədək artacağını proqnozlaşdırır.
Agentlik qeyd edir ki, 2016-cı ildə iqtisadiyyatın resessiyasından və 2017-ci ildə 0,1 faiz nominal artımdan sonra Azərbaycan iqtisadiyyatı 2017-2018-ci illərdə xaricdə mütərəqqi bərpa nümayiş etdirib. Hesabatda bildirilir ki, 2018-ci ilin ikinci yarısında ölkə sənayesinin xammal hissəsində də canlanma müşahidə olunacaq.
Sənəddə o da qeyd edilir ki, Azərbaycan qazının TANAP boru kəməri ilə Türkiyə, daha sonra Avropaya tədarükünü nəzərdə tutan “Cənub qaz dəhlizi” sisteminin nəql gücünün istismara verilməsi Azərbaycanın tədiyə balansını yaxşılaşdırmağa, iqtisadiyyatın xammal hissəsinin artım göstəricisini möhkəmləndirməyə imkan verəcək.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib. Altı ay ərzində ümumi daxili məhsulun 1,3, kənd təsərrüfatının 7,6, qeyri-neft sektorunun 2, eləcə də qeyri-neft sənayesində 8,8 faiz artımın qeydə alınması onu göstərir ki, bu sahəyə qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək artıq öz bəhrəsini verməkdədir.
Bir sözlə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinq təşkilatlarının hesabatlarında irəliləməsi bilavasitə Prezident
İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM