Alternative content

14:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtın avtobus parkı yenilənir
Paytaxtın avtobus parkı yenilənir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 10.08.2018

 

Azərbaycanda aparılan irimiqyaslı islahatlar ilk öncə ölkə vətəndaşlarının rifah halının, həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu baxımdan ictimai nəqliyyatda tətbiq edilən yeniliklər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının imzaladığı sonuncu, 9 avqust 2018-ci il tarixli sərəncam da Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə vaxtında atılan zəruri addımlardan biridir.

Bakı artıq dünyanın ən müasir və gözəl şəhərlərindən biri kimi minlərlə xarici turisti özünə cəlb edir. Paytaxtımız həm tarixi memarlıq abidələri, həm də müasir tikililəri ilə milyonların qəlbini fəth edən nadir şəhərlərdən birinə çevrilmişdir. Artıq belə müasir şəhərdə sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsi xüsusi əhəmiyyət kəsb edir, gündəmdə təcili həllini gözləyən vacib məsələlərdən biri kimi dayanır. Bu baxımdan Prezident İlham Əliyevin şəhər nəqliyyatının inkişafını daim diqqət mərkəzində saxlaması, avtobus parkının yenilənməsini həllini gözləyən zəruri məsələlərdən biri kimi dəyərləndirməsi təqdirəlayiqdir.

Onu demək lazımdır ki, yalnız son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılmışdır. Şəhər əhalisinə yüksək səviyyədə nəqliyyat xidmətlərinin göstərilməsi üçün yeni marşrutlar açılmış, sərnişinləri qane etməyənlər ləğv edilərək daha əlverişliləri ilə əvəzlənmışdir. Eyni zamanda, ictimai nəqliyyatda sürücülərin sərnişinlərin haqlı narazılıqlarına səbəb olan qeyri-etik hərəkətlərinin qarşısının alınması da xidmətin səviyyəsini bir qədər artırmışdır.

Tarif Şurasının ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı məlumatında da izah edilirdi ki, bu addım həmçinin avtobus parkının yenilənməsi üçün də zəruridir.

Dövlət başçısı şəhər nəqliyyat strukturunda reallaşdırılan köklü islahatların davam etdirilməsinin vacibliyini nəzərə alaraq bir neçə zəruri addım atmışdır. Prezidentin bu məqsədlə imzadığı sərəncamda deyilir: “300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılsın”.

Bu addımla ölkə paytaxtının nəqliyyat infrastrukturunda ciddi yeniliklər baş verəcək, şəhər əhalisi daha rahat, təhlükəsiz, müasir avtobuslardan istifadə edəcək. Ölkə paytaxtı isə həm vətəndaşların, həm də əcnəbilərin diqqətini daha çox çəkəcək.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”