Alternative content

16:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əhalinin sosial müdafiəsinin təmini dövlətin strateji vəzifələrindəndir
Əhalinin sosial müdafiəsinin təmini dövlətin strateji vəzifələrindəndir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 10.08.2018

 

Bu günədək Azərbaycanda sosialyönümlü layihələrin heç biri dayandırılmayıb

 

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da aztəminatlı ailələr xüsusi dövlət qayğısı ilə əhatə olunur. Dövlət bu sosial qrupa aid edilən insanların gəlirinin artırılması üçün müxtəlif yardımlar edir.
Qeyd edək ki, aztəminatlı dedikdə, özündən asılı olmayan səbəbdən aşağı gəlirə sahib olan insanlar nəzərdə tutulur. Bura ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əməkqabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, itkin düşmüş və yaxud ölmüş hesab edilməsi və digər təminat səviyyəsi aşağı olan insanlar aid edilir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosialyönümlü siyasət Azərbaycan cəmiyyətində razılıqla qarşılanır. Çünki bu siyasət ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoludur.
Avqustun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda, Qarabağ, Böyük Vətən müharibəsi, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması bunun bariz nümunəsidir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verilib. İlin sonuna qədər bu təbəqədən olan vətəndaşlar daha 170 mənzil və fərdi ev alacaqlar. Hələ növbədə təqribən 4 minə yaxın insanın olduğunu deyən dövlət başçısı əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyini söylədi.
Bir gün sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayaraq dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat vəsait ayırdı.
Sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə, bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır. Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılması deməkdir.
Prezident İlham Əliyevin sərəncamı Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən, ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiqləyir.
Son illərdə 100-ə yaxın qəsəbə salındığını deyən Prezident İlham Əliyev bildirdi ki, üç yüz minə yaxın məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində məcburi köçkünlər üçün min mənzillik yeni qəsəbə salınıb. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Əlbəttə, bu layihələri nəzərə alsaq görərik ki, Azərbaycan dövləti öz vətəndaşlarına nə qədər diqqət və qayğı göstərir.
Artıq ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlanılıb. Bu kateqoriyadan olan insanların məşğulluq problemləri həll olunur. Belə ki, hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, işini qura bilsinlər.
Onu da qeyd edək ki, aztəminatlı ailələrə xüsusi qayğının göstərilməsində Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri var. Fondun həyata keçirdiyi bütün layihələrlə xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Təsadüfi deyil ki, xüsusilə sosial qayğıya ehtiyacı olan insanlar, əlillər, kimsəsizlər üçün fond ən böyük sığınacaq ünvanı olub. Fondun bu sahədə gördüyü işlərə nəzər salanda, həqiqətən də, nə qədər vacib və xeyirxah bir missiyanı yerinə yetirdiyinin əyani şahidi oluruq. Son illər bu sahədə görülmüş genişmiqyaslı işlərə nəzər salaq: Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda yaşayış binası inşa olunub. Fondun təşəbbüsü ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik uşaq evləri və internat məktəblərinin məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış binası inşa edib. 120 mənzildən ibarət olan binada mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Bu siyahını daha da artırmaq olar.
Fond fəaliyyətində məcburi köçkünləri hər zaman diqqətdə saxlayır. Məcburi köçkün ailələri üçün yaşayış binalarının tikintisinə Heydər Əliyev Fondu böyük dəstək olub. Ümumilikdə onu qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik missiyasının yenidən dirçəlməsi və yaşadılması ilə müşayiət olunub. Bu ənənə uğurla davam etdirilir.
Bu, bir həqiqətdir ki, Azərbaycanda icrası nəzərdə tutulan sosialyönümlü layihələrin heç biri dayandırılmayıb, vətəndaşların sosial rifahının yüksəlməsi naminə yeni-yeni sosial layihələrin icrasına başlanılıb.
Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev ölkəmizdə sosial layihələri, xüsusən də aztəminatlı ailələrin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır.

Səbinə MƏMMƏDOVA,
“Azərbaycan”