Alternative content

07:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkə ərazisində yanğın hadisələrinə görə inzibati qaydada həbs olunanlar var
Ölkə ərazisində yanğın hadisələrinə görə inzibati qaydada həbs olunanlar var
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 10.08.2018

 

Respublika ərazisindəki əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə polis orqanları, eləcə də digər aidiyyəti dövlət qurumları tərəfindən bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermerlər və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb. Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülən tədbirlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi, torpağın guya münbitləşdirilməsi məqsədilə əkin sahələrinin, meşələrin və çöllüklərin yandırılması hallarına hələ də rast gəlinir. Bu da ciddi narahatlıq doğurur.

Belə hadisələrin qarşısının alınması istiqamətində polis orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub.

Bu istiqamətdə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.