Alternative content

15:40 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İrəli” İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə akkreditasiyadan keçib
“İrəli” İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə akkreditasiyadan keçib
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 09.08.2018

“İrəli” İctimai Birliyi Avropa Komissiyasının “Avropa Könüllülük Xidməti” (European Volunteering Service - EVS) proqramı üzrə 2020-ci ilin sonunadək ikitərəfli (göndərən və qəbul edən) təşkilat kimi akkreditasiyadan keçib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “Erasmus+” proqramının nəzdində olan EVS ilə bağlı akkreditasiyanın yenilənməsi və səviyyəsinin artırılması üçün “İrəli”nin müraciətinin sonuncu mərhələsinə dair EVS-nin təmsilçisi Maya Selan ilə görüş keçirilib. Görüşdə təşkilatın fəaliyyəti və planlaşdırılan layihələr haqqında təqdimat olub. Həmçinin “Avropa Könüllülük Xidməti” üçün tələb olunan şərtlər və potensial müraciətlər barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr nəticəsində “İrəli” İctimai Birliyi “Avropa Komissiyasının Xidməti” EVS proqramı üzrə 2020-ci ilin sonunadək ikitərəfli (göndərən və qəbul edən) təşkilat kimi akkreditasiyadan keçib.

Bu akkreditasiya, həmçinin yeni təşəbbüs olan Avropa Həmrəylik Korpusu (European Solidarity Corps) üçün də keçərlidir. Yaxın zamanda hər iki platformada əməkdaşlığın gücləndirilməsi və yerli gənclərin məlumatlandırılması üçün bir sıra tədbirlər keçiriləcək.

“Avropa Könüllülük Xidməti” “Erasmus+” proqramının əsas istiqamətlərindən biridir. EVS gənclərin Avropa ölkələrində müxtəlif layihələrdə könüllü fəaliyyət göstərməsinə, həmçinin onların özünü inkişaf etdirməsinə xidmət edir. EVS azərbaycanlı gənclərə təcrübə, dil biliklərinin inkişafı, başqa ölkələrin mədəniyyəti ilə tanış olmaq, həmçinin ölkəmizə gələcək əcnəbi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini tanıtmaq imkanı qazandırır.