Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:19 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vəkil adından qanunsuz istifadə halları üzrə mübarizə tədbirləri davam etdirilir
Vəkil adından qanunsuz istifadə halları üzrə mübarizə tədbirləri davam etdirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 09.08.2018

Azərbaycanda vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində tədbirlər davam etdirilir.

Vəkillər Kollegiyası Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, son dövrdə aparılan müşahidələr, o cümlədən Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanıb. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatı və Vəkillərin İntizam Komissiyası tərəfindən mübarizə üzrə tədbirlər davam etdirilir.

Qeyd olunanlarla bağlı bu günlərdə Yasamal (“Nizami” metro stansiyası ətrafında), Xətai rayonu (“Həzi Aslanov” metro stansiyası yaxınlığında), Nəsimi (Nəsimi Rayon Məhkəməsi ətrafında) rayonlarının ərazilərində Vəkillər Kollegiyasının üzvləri olmayan şəxslər tərəfindən qeyri-yaşayış obyektlərində vətəndaşlara “vəkil xidmətləri” göstərilməsi halları aşkarlanıb. Görülmüş tədbirlər nəticəsində həmin obyektlərin sahibləri ilə söhbətlər aparılıb. Belə fəaliyyətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197-ci, İnzibati Xətalar Məcəlləsinin 399-cu və 412-ci maddələri ilə təqib olunduğu həmin şəxslərin diqqətinə çatdırılıb. Nəticədə qanun pozuntusuna yol vermiş şəxslər tərəfindən qanunsuz vəkillik fəaliyyəti dayandırılaraq obyektlərin qarşısında istifadə olunan “vəkil”, “advokat” və s. aidiyyəti reklam lövhələri həmin şəxslər tərəfindən sökülüb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, belə tədbirlər bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq. Bununla bağlı, vətəndaşlardan və Vəkillər Kollegiyasının üzvlərindən xahiş olunur ki, Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “Vəkillərin reyestri” bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər, vəkil adından qanunsuz istifadə halında “Qaynar xətt” - 012 594 08 70 nömrəsinə zəng edərək bu barədə məlumat versinlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM