Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:17 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetində MİT-Azərbaycan Startap Laboratoriyasının təqdimatı olub
ADA Universitetində MİT-Azərbaycan Startap Laboratoriyasının təqdimatı olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
09:08 09.08.2018

Avqustun 9-da ADA Universitetində SOCAR AQŞ-nin dəstəyi ilə ilk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MİT) müsabiqə komissiyası tərəfindən həyata keçirilən seçim prosesində 200-ə yaxın müraciətdən 29 ən istedadlı azərbaycanlı tələbə bu ilin iyun ayından etibarən ADA Universitetinə təşkil olunan 7 həftəlik intensiv kursda iştirak etmək hüququ qazanıb. Proqramda ADA Universitetinin, Xəzər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı, dünyanın tanınmış universitetlərində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.

Təqdimatda dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak edib. SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev kursu uğurla başa vuran tələbələri təbrik edərək deyib ki, Azərbaycanda biznes innovasiyasına təkan verilməsi, rəqəmsal və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən bu layihə özünəməxsusluğu ilə fərqlənir. Layihə vasitəsilə milli səviyyədə müxtəlif ali məktəbləri, startap mərkəzləri və akseleratorlar bir araya gəlir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə proqramın məzunlarına uğurlar arzulayaraq bildirib: “Komandalar ölkənin gənc sahibkarlıq mühiti üçün çox maraqlı ideyalar irəli sürürlər. Bu ideyaların reallığı çevrilməsi üçün təqdimat günü açar rolunu oynayır. ADA Universiteti bu proqramda tərəfdaş kimi çıxış edərək, innovativ ideyaların startaplara, daha sonra isə startapların uğurlu şirkətlərə çevrilməsi istiqamətində öz dəstəyini göstərməkdədir”.

Yeddi həftəlik intensiv kurs ərzində tələbələr öz innovativ ideyalarını təkmilləşdirmək üçün MİT-in müvafiq çərçivə prinsiplərini öyrənməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən yerli startap ekosisteminin nümayəndələri və akseleratorlarla görüşlər keçirib, müvafiq hamilərin iştirakı ilə seminarlarda iştirak ediblər. Tələbələr MİT-in 24 mərhələdən ibarət biznes planını müvafiq qaydada mənimsəyib, öz məhsul və ya xidmətlərini prototip versiyada hazırlayaraq potensial investorlara təqdim ediblər. İyirmi doqquz tələbə 6 komandada birləşərək, təhsildə süni intellekt sahəsində innovasiya, İKT üzrə məlumat bazasının yaradılması, əyləncə və səyahət sahəsində funksionallığın tətbiqi ilə bağlı 5 veb-platforma və bir mobil applikasiya ilə tanınmış biznes qurumlarını təmsil edən münsiflər heyəti qarşısında çıxış ediblər. Münsiflər heyəti qiymətləndirmə prosesi zamanı komandaların həllini gözləyən biznes problemləri düzgün müəyyənləşdirmələri, kritik biznes düşüncə qabiliyyəti, effektiv biznes model seçimləri, marketinq strategiyası, maliyyə modeli, hazırlanan məhsulların keyfiyyət və funksionallığı, komandaların təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarını əsas götürüblər. Qalib komandalar öz startap ideyalarını genişləndirmək istiqamətində ümumilikdə 12 min AZN mükafat əldə ediblər. Startap Laboratoriyasını uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM