Alternative content

23:49 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “MİR 24” telekanalı: Bakı rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrilib
“MİR 24” telekanalı: Bakı rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
09:08 09.08.2018

“MİR 24” telekanalının Azərbaycana həsr etdiyi süjetdə turistləri Odlar Yurduna cəlb edən amillərdən danışılır.

AZƏRTAC xəbər verir ki, süjetdə Bakının rusiyalıların yay istirahəti üçün MDB-də ən populyar şəhərə çevrildiyi qeyd olunur. Azərbaycan paytaxtını bu mövsümdə artıq 1 milyondan çox turist ziyarət edib. Bakının vizit kartı – İçərişəhərdir. O, turistləri qədim Şərq arxitekturasına məxsus orijinallığı ilə cəlb edir.

Turistlərdən biri deyir: “Şərq ilə Avropanın harmoniyası belədir: Bakı qədim, eyni zamanda, müasir şəhərdir. Bununla da həmişə diqqət çəkir”.

Bakıda ən məşhur yerlərdən biri Kiçik Qala küçəsidir. Burada A.Qaydayın “Brilyant əl” komediyasının epizodu çəkilib. Səyahətçilərin əksəriyyəti Qız Qalasını görmək üçün Bakıya səfər edir. Ağzının dadını bilən turistləri Bakıda milli mətbəx və Qafqaz qonaqpərvərliyi cəlb edir.

“Təkcə evində qonaq olduğumuz dostlarımızın deyil, həm də burada yaşayan bütün insanların qonaqpərvərliyi hər şeydən çox xoşuma gəldi. Hətta yolu soruşduqda belə hamı rus dilində cavab verir, rus dilində danışır”, - deyə digər turist bildirib.

Turizm sahəsi üzrə ekspert Eduard Şalonosov MDB ölkələrinin rusiyalı turistləri nə ilə cəlb etdiyi barədə fikirlərini “MİR 24” telekanalı ilə bölüşüb.

-Bu il Bakı turistlər üçün MDB-nin baş şəhəri adlandırılıb. Bu nə ilə bağlıdır?

-Birincisi, biz hazırda İtaliya, İspaniya və digər ölkələrdə anomal istilər müşahidə edirik. İkincisi, Azərbaycana gələrkən biz başa düşürük ki, bu ölkə daha təhlükəsizdir.

Bütün sosial şəbəkələrdə, mediada belə bir videoçarx göstərildi - Fransaya gəlsəniz, siz baqajsız qalacaqsınız. Hər halda istirahətə getmək arzusunda olan turist fikirləşmir ki, özü ilə hansı zirehli geyim, müdafiə olunmaq üçün hansı avtomat silah götürsün. Hamımız bilirik ki, Avropaya Suriya və Əlcəzairdən 2 milyondan çox miqrant gəlib. Bu, həqiqətən çox təhlükəlidir. Bakını isə təhlükəsiz şəhər adlandırmaq olar.