Alternative content

15:39 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan hökumətinin iclasları jurnalistlərin üzünə yenidən bağlı olacaq
Ermənistan hökumətinin iclasları jurnalistlərin üzünə yenidən bağlı olacaq
ANA SƏHİFƏ / DÜNYA
05:08 09.08.2018

 

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra KİV nümayəndələrinə hökumətin iclaslarını canlı izləmək imkanı yaradılmışdı. Lakin bir müddət sonra yeni qərarla jurnalistlərin bu imtiyazı ləğv olunub.

AZƏRTAC “Sputnik” saytına istinadla xəbər verir ki, bu qərarı baş nazirin mətbuat katibi Arman Yeqoyan açıqlayıb. O, hökumətin iclas zalının jurnalistlər üçün qapalı olmasının qanunla deyil, təhlükəsizlik xidmətinin rəyi ilə tənzimləndiyini bildirib. Mətbuat katibi əlavə edib ki, son zamanlar KİV nümayəndələri qoyulmuş qaydaları tez-tez pozublar.

Yeni qərarın aylar sonra qəbul edilməsinin konkret səbəbləri ilə bağlı jurnalistlərin sualına cavab verən Yeqoyan deyib ki, məsələni təhlükəsizlik xidməti ilə araşdıracaq. Mətbuat katibi KİV nümayəndələrinə məsləhət görüb ki, şərhləri və müsahibələri hökumət binasından kənarda alsınlar.

Xatırladaq ki, hökumətin iclaslarının mətbuat üçün qapalı olması qərarı Serj Sarkisyanın hakimiyyəti dövründə qəbul edilmişdi. İxtisasca jurnalist olan Paşinyan bu qərarı ləğv etmişdi və hökumətin iclasları açıq keçirilirdi. Lakin az bir müddətdən sonra hökumət başçısı sələfinin qoyduğu qaydanı bərpa edib.