Alternative content

02:14 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniyada gənc əhalinin sayı azalır
Almaniyada gənc əhalinin sayı azalır
ANA SƏHİFƏ / DÜNYA
05:08 09.08.2018

Almaniyada 2006-2016-cı illər ərzində 14-17 yaş qrupundakı gənclərin sayında təxminən 470 min nəfər azalma müşahidə olunub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2006-cı ildə ölkə əhalisinin 4,4 faizini təşkil edən 14-17 yaş qrupundakı gənclərin sayı 2016-cı ilin sonunda 3,8 faizə qədər azalıb.

Əhali sayına görə (82 milyon 850 min nəfər) Avropa İttifaqının ən böyük üzvü olan Almaniya vətəndaşları getdikcə yaşlanır. Destatis-in hələ 2015-ci ildə apardığı analizdə ölkədə yaşı 65-dən yuxarı olan insanların sayının artacağı vurğulanırdı. Belə ki, 2013-cü ildə Almaniyanın 80,7 milyonluq əhalisi arasında sayı 20 milyona çatan bu qrupun 2060-cı ildə 67,6 milyonluq əhalinin 33 milyon nəfərini təşkil edəcəyi proqnozlaşdırılır.

2020-ci ildən sonra yaşlanan əhalinin təsirlərinin iqtisadi və digər sahələrdə güclü şəkildə hiss olunacağı təxmin edilir.