Alternative content

09:20 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
ANA SƏHİFƏ / DÜNYA
04:08 09.08.2018

Ağ ev qadağan olunmuş silah növlərindən istifadə etdiyinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Vaşinqton iddia edir ki, Moskva bu il mart ayının əvvəllərində Böyük Britaniyanın Solsberi şəhərində kimyəvi silahdan istifadə etmişdir. ABŞ Dövlət Departamentinin saytı xəbər verir ki, sanksiyalar iki həftədən sonra qüvvəyə minəcək.

Dövlət Departamentinin mətbuat katibi Hizer Nauertin dediyinə görə, Moskva öz vətəndaşlarına qarşı beynəlxalq hüququn qadağan etdiyi kimyəvi, yaxud bioloji silahdan istifadə etmişdir.

Amerikalı məmurlar srağagün Kremli yeni məhdudiyyətlər barədə xəbərdar etmişlər.

Sanksiyaların birinci bloku avqustun 22-də qüvvəyə minəcək. O, milli təhlükəsizliklə əlaqəli malların – elektron qurğuların və onların komplektləşdirici hissələrinin Rusiyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

İkinci blok 90 gündən sonra tətbiq olunacaq. Onda ABŞ Moskva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq, Rusiyanın “Aeroflot” aviasiya şirkətinin ABŞ-a reyslər etməsinə icazə verməyəcək, habelə iki ölkə arasında mal dövriyyəsini praktiki olaraq donduracaq.