Alternative content

20:23 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə sahillərinin yaxınlığında miqrantların gəmisi batdı
Türkiyə sahillərinin yaxınlığında miqrantların gəmisi batdı
ANA SƏHİFƏ / DÜNYA
04:08 09.08.2018

Türkiyənin Aydın vilayətinin Quşadası rayonunun sahilləri yaxınlığında iraqlı və suriyalı qeyri-leqal  miqrantları daşıyan gəmi batmışdır. İlkin məlumata görə, 9 nəfər həlak olmuş, 4 nəfər xilas edilmişdir. Ölənlərin 7-si uşaq, 2-si qadındır. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Hadisənin baş vermiş əraziyə Türkiyənin sahil mühafizəsi xidmətinin katerləri göndərilmişdir. Sağ qalan miqrantların dediyinə görə, qayıqdakı 13 nəfər Yunanıstana yollanmaq istəyirmiş.