Alternative content

14:43 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Baş katibi nüvə müharibəsi riskindən danışdı
BMT-nin Baş katibi nüvə müharibəsi riskindən danışdı
ANA SƏHİFƏ / DÜNYA
04:08 09.08.2018

BMT-nin Baş katibi Antoniu Quterriş Yaponiyaya səfəri zamanı 1945-ci ildə Naqasakinin atom bombardmanına məruz qalması zamanı ölənlərin xatirəsinin anılması mərasimində iştirak etmişdir. O, mərasimdə çıxış edərkən həmin dəhşətli hadisələrdən 73 il sonra nüvə müharibəsi riskindən yaxa qurtarmaq üçün nüvə tərksilahı prosesini sürətləndirməyə çağırmışdır.

Quterrişin dediyinə görə, nüvə müharibəsi qorxusu hələ də qalır. Nüvə dövlətləri nüvə silahının modernləşdirilməsinə böyük məbləğdə pul xərcləyir. Planetdə sülhü bərqərar etmək və insanların həyatını qorumaq üçün ilk vasitə nüvə tərksilahıdır.

Baş katib xatırlatmışdır ki, ötən il soyuq müharibə dövründən bəri silahlanmaya rekord məbləğdə pul sərf edilmişdir. Belə ki, nüvə dövlətləri cəbbəxanalarını modernləşdirməyə 1,7 trilyon dollar ayırmışdır. Bu, qlobal miqyasda humanitar yardım üçün tələb olunan məbləğdən 80 dəfə çoxdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM