Alternative content

17:49 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hindistanda 25 adam torpaq sürüşməsinin qurbanı oldu
Hindistanda 25 adam torpaq sürüşməsinin qurbanı oldu
ANA SƏHİFƏ / DÜNYA
04:08 09.08.2018

Hindistanda tüğyan edən leysan yağışları nəticəsində ölkənin bir çox regionunda torpaq sürüşməsi baş vermişdir. Bundan ən çox zərər çəkən cənub-qərbdəki Kerala ştatıdır. Orada təbii fəlakət 25 nəfərin həyatına son qoymuşdur. Bu barədə “Rosbalt” agentliyi xəbər verir.

Səhiyyə Nazirliyinin məlumatına görə, 16 nəfər İdukki rayonunda, 6 nəfər Malappuramada, 2 nəfər Kojikordada, 1 nəfər isə Vayanadada həlak olmuşdur.

Ölkədə yağışlar hələ ki səngimir. Bu səbəbdən Koçin şəhərinin hava limanı bağlanmışdır.

Meteoroloqların proqnozuna görə, yaxın günlərdə vəziyyət yaxşılaşmayacaq. Odur ki, hakimiyyət orqanları ölənlərin sayının artacağından narahatdır.