Alternative content

14:05 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
03:08 09.08.2018

“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb.

AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycanda X Qəbələ Beynəlxalq Musiqi Festivalının başa çatdığı qeyd olunur. Bildirilir ki, bir həftədən artıq davam etmiş festival çərçivəsində yerli əhali və turistlər Qəbələdə rəngarəng musiqi nömrələrindən, o cümlədən salsa, flamenko caz və əlbəttə ki, klassik əsərlərdən zövq alıblar. Yeri gəlmişkən, on il əvvəl klassik repertuarla başlayan festivalın formatı zaman keçdikcə genişləndirilib.

Festivalın bədii rəhbərlərindən biri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski telekanala müsahibəsində deyib: “On il əvvəl tamaşaçılar çox müxtəlif idi. Bəziləri Avropadan, o cümlədən Londondan gəlmişdilər. Onlar Kovent-Qardendəki tamaşaların və ya Berlin Filarmoniyasındakı çıxışların həvəskarları idilər. Bu insanlar tamamilə gözlənilmədən ömründə ilk dəfə klassik konsertə gələn, özü də uşaqları ilə gələn adamlarla eyni məkana düşdülər. Biz bir dəfə festival ərzində nə qədər tamaşaçı gəldiyini hesabladıq – bu, 25 min nəfər idi. Bu, çox böyük tamaşaçı auditoriyasıdır”.

“Tarda səslərin çox geniş palitrasını təqdim etmək mümkündür. Mənim üçün tar sehrli alətdir. Azərbaycan muğamı insanı sehrləyən, ecazkar musiqidir. Mən hətta bunu fəlsəfi adlandırardım”, - deyə festivalın iştirakçısı, “Muğam” instrumental ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə deyib.

Süjetin müəllifi vurğulayır ki, ənənəvi muğam vokal və instrumental ifanın bir araya gəlməsidir. Bu janrda klassik poeziyaya istinadla tez-tez improvizələr etmək də mümkündür.