Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:15 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlyas Serenli: Türkiyə ilə Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca əhəmiyyətlidir
İlyas Serenli: Türkiyə ilə Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca əhəmiyyətlidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 09.08.2018

Türkiyə Diyanət Vəqfinin dəvəti ilə bu ölkədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi avqustun 8-də Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fondun icraçı direktoru Mehman İsmayılov respublikamızda tarixi ənənəyə söykənən tolerantlıq mühitinin formalaşdığını qeyd edib. M.İsmayılov bildirib ki, ölkəmizin multikulturalizm modeli dünyaya örnəkdir. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə də ətraflı məlumat verən icraçı direktor bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq mövcuddur.

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılma məqsədi və fəaliyyət istiqamətlərindən bəhs edən M.İsmayılov deyib ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyini həyata keçirir.

Daha sonra Türkiyə Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli iki ölkə arasında olan sıx münasibətlərin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bir millət iki dövlət olan Türkiyə və Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca vacibdir.

Eyni zamanda, Fond rəhbərliyinin Türkiyə Diyanət Vəqfinin direktoru Mehmet Savaş Polat, Diyanət Vəqfinin Qaynaq İstehsalat İdarəsinin müdir müavini Süleyman Baysal, Diyanət İşləri Başqanlığının Xarici Əlaqələr İdarəsinin Avrasiya bölgəsi üzrə şöbə müdiri Ömer Faruk Savuran, Din Xidmətləri İdarəsinin Came Xidmətləri şöbəsinin müdiri Neşet Bodur, Həcc və Ümrə Xidmətləri İdarəsinin Həcc və Ümrə Təlimi şöbəsinin müdiri Esma Ertenlə də görüşü keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM