Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

20:37 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XİN: İndoneziyada təkrar zəlzələdən xəsarət alan və ya ölənlər arasında Azərbaycan vətəndaşının olması məsələsi araşdırılır
XİN: İndoneziyada təkrar zəlzələdən xəsarət alan və ya ölənlər arasında Azərbaycan vətəndaşının olması məsələsi araşdırılır
ANA SƏHİFƏ / SİYASƏT
02:08 09.08.2018

İndoneziyanın Lombok adasında avqustun 9-da təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, avqustun 6-da həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmamışdı.

“İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.

Turizm və ya digər məqsədlə hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyac duyan Azərbaycan Respublikası vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər”, - deyə H.Hacıyev əlavə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM