Alternative content

19:39 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstraliyada beş nəfər İŞİD-lə əməkdaşlığa görə vətəndaşlıqdan çıxarılıb
Avstraliyada beş nəfər İŞİD-lə əməkdaşlığa görə vətəndaşlıqdan çıxarılıb
ANA SƏHİFƏ / DÜNYA
02:08 09.08.2018

Avstraliya hökuməti “iki pasporta” malik olan beş nəfəri İŞİD terrorçu qruplaşması ilə əməkdaşlığa görə vətəndaşlıqdan çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın miqrasiya işləri naziri Piter Datton məlumat verib.

Nazirin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir: “Təsdiq edə bilərəm ki, beş nəfər xaricdə İŞİD-lə əməkdaşlıq etdiyinə görə Avstraliya vətəndaşı olmaq statusunu itiriblər”. Nazir qeyd edir ki, bu insanlar terrorçularla əlaqəyə girərək Avstraliyanın maraqlarına qarşı fəaliyyət göstəriblər və bununla da mahiyyətcə Avstraliya cəmiyyətini tərk etmək seçiminə üstünlük veriblər.

Nazirin sözlərinə görə, 2015-ci ildə qanunvericiliyə edilən düzəlişlərdən sonra “iki pasporta” malik olan altı nəfər Avstraliya vətəndaşlığından çıxarılıb.