Alternative content

01:18 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyanın Lombok adası yaxınlığında yenidən güclü zəlzələ olub
İndoneziyanın Lombok adası yaxınlığında yenidən güclü zəlzələ olub
ANA SƏHİFƏ / DÜNYA
11:08 09.08.2018

Avqustun 9-da İndoneziyanın Lombok adası yaxınlığında yenidən güclü zəlzələ baş verib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, 6,1 bal gücündə zəlzələnin episentri Mataram şəhərindən 10 kilometr cənubda, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, ötən bazar günü həmin ərazidə 7 bal gücündə zəlzələ baş vermişdi. Bu zəlzələnin afterşokları olaraq 5,4 və 4,3 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı. Antara agentliyinin yaydığı məlumata görə, həmin zəlzələ nəticəsində 347 nəfər həlak olub.