Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:44 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyanın etirafları xaricdəki tərəfdaşlarına baha başa gəlib
Paşinyanın etirafları xaricdəki tərəfdaşlarına baha başa gəlib
ANA SƏHİFƏ / SİYASƏT
12:08 09.08.2018

 

“Məxməri inqilab”ı maliyyələşdirənlər sırasında Rusiyada yaşayan çoxsaylı erməni “elitar” dairələr də olub

 

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi fonunda adı çəkilən  ölkənin ictimai-siyasi həyatında maraqlı proseslər müşahidə olunmaqdadır. Belə görünür ki, “Qarabağ klanı”na daxil olanlar artıq Robert Koçaryanın ətrafında birləşib Nikol Paşinyan iqtidarına qarşı müqavimət təşkil etməyi düşünürlər. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bunun səbəbini belə izah edir: “Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumət bolşevik inqilab komitələri kimi hərəkət edir. Onlar istənilən şəxsə, hətta eks-prezident Serj Sarkisyana qarşı da cinayət işi aça bilərlər. Koçaryanın ətrafında yaranan situasiya Ermənistan və Qarabağ kontekstində həddən artıq narahatlıq yaradır. Aydındır ki, bunun üçün siyasi və şəxsi əsaslar var. Bu proses özündə neobolşevizm elementlərini daşıyır”.

Qeyd edək ki, xüsusi istintaq xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində Koçaryanın konstitusiya quruluşunun devrilməsi üzrə ittiham təqdim edib. Sabiq prezident bir gün sonra iki aylıq həbs edilib. Koçaryanın özü ittihamları saxta hesab edir. Sabiq prezidentin fikrincə, bu, növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərdə onun iştirakını neytrallaşdırmaq arzusu ilə bağlı ola bilər. Koçaryanın vəkilləri həbsdən apelyasiya məhkəməsinə şikayət ediblər.

Erməni politoloq Vigen Akopyan isə bildirir ki, Koçaryanın həbsi ölkədə yeni müxalif qütbün formalaşmasına gətirib çıxaracaq: “Artıq ölkədə müxalif qüvvə yox, qütb formalaşır. Belə ki, bu gün Respublika və Daşnaksütyun partiyaları istisna olmaqla, bütün partiyalar indiki hökumətin mövqeyini ya qismən, ya da tam dəstəkləyirlər. Bununla da, Respublika və Daşnaksütyun partiyaları yeni müxalifət yarada bilərlər. Bütün proseslər isə Koçaryanın həbsinin ətrafında gedir. Koçaryan Yerevana qayıdan zaman həbs ediləcəyini böyük ehtimalla bilirdi. Onun bu qərarına bir neçə faktor təsir edib. Belə ki, ya eks-prezidentə toxunulmazlıqla bağlı xarici və daxili zəmanətlər verilib, ya da ki, o, böyük siyasətə qayıtmaq qərarına gəlib. Bu işdə ona əsas dəstək Respublika Partiyasından gələcək və böyük ehtimalla gələcəkdə buna Daşnaksütyun Partiyası da qoşulacaq. Koçaryanla adı birlikdə çəkilən digər partiya - “Çiçəklənən Ermənistan” isə hələlik gözləmə mövqeyindədir. Ola bilsin ki, bu partiya xarici səfirliklərin Koçaryanın həbsi ilə bağlı reaksiyalarını gözləyir. Bu reaksiyalardan sonra partiya özünün gələcək fəaliyyətini müəyyən edəcək”.

Bu arada Paşinyana qarşı daha bir addım onun xaricdəki sponsorlarının sıradan çıxarılmasıdır. Erməni mediası yazır ki, Serj Sarkisyanın istefası ilə nəticələnən “məxməri inqilab”ı maliyyələşdirənlər sırasında Rusiyada yaşayan çoxsaylı erməni “elitar” dairələr də olub. Bu barədə 26 iyulda Sankt-Peterburqda erməni sahibkarlarla görüşən Ermənistanın baş naziri Nikol Paşinyan özü etiraf edib və bildirib ki, inqilabın davam etdirilməsi üçün Rusiyadan ilk pullar Saxalindən göndərilib. Lakin Paşinyanın bu etirafı onun Rusiyadakı sponsorlarına baha başa gəlib.

Paşinyanın açıq şəkildə Rusiyadakı tərəfdaşlarını tanıtması orada yaşayan və özünü indiyədək Rusiya yanıqlısı kimi qələmə verən erməni biznesmenlərinin narahatlığına səbəb olub. Aydınlaşıb ki, onların bu narahatlığı əsassız deyil. Rusiyanın televiziya kanallarına istinad edən erməni  mediası bildirir ki, Rusiyadakı “Qazbank”ın lisenziyasının əlindən alınması, onun sahiblərindən biri - “Rosnano”nun sədr müavini, erməni oliqarx Vladimir Avetisyanın biznes-imperiyasının çöküşü məhz Ermənistandakı hakimiyyət çevrilişinin sponsorları olması ilə əlaqədardır. 

Qeyd olunur ki, “Qazbank” guya “dostları üçün” digər banklar vasitəsilə ilə də  dəfələrlə irimiqyaslı pul köçürmələri həyata keçirib. Bunu əsas gətirərək, Rusiya Mərkəzi Bankı onun lisenziyasını əlindən alıb, bankın idarə heyəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə düşüb. Lakin görülən tədbirlərin başlıca səbəbi bankın Ermənistandakı siyasi çevrilişi maliyyələşdirməsi və Avetisyanın “məxməri inqilab”ın sponsoru olmasıdır. Hətta onun Paşinyanın qohumu olması da iddia edilir.

Ermənistandakı aprel hadisələrini Rusiyanın Samara əyalətinin kredit təşkilatı rəhbərlərindən birinin Qriqori Ohanesyanın olduğu “AktivKapital Bank”ın da maliyyələşdirdiyi bildirilir. Bu bankın da lisenziyası əlindən alınıb. Məlumatlara görə, Ohanesyan bankdan oğurladığı 25 milyard rubl pulla Ermənistana gedib və inqilabçılara dəstək olub. Həmin pulların bir qismi Paşinyanın küçə aksiyalarının təşkilinə, həmçinin Rusiya və Qərb KİV-nin informasiya kampaniyasına xərclənib.

İndi bu mənbələrin sıradan çıxarılması Paşinyana xaricdən də dəstəyin kəsilməsi deməkdir. Növbədənkənar parlament seçkilərinin tarixinin elan edilməsinin gecikdirilməsinin başlıca səbəblərindən biri də məhz Paşinyanın başçılıq etdiyi siyasi qüvvələrin Ermənistan cəmiyyəti və Rusiyanın siyasi elitası tərəfindən bütövlükdə qəbul edilməməsidir. Belə vəziyyətdə Ermənistanın yeni hökuməti həm ölkə daxilindən, həm də xaricindən təzyiqlərlə üzləşir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM