Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:30 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mülki müdafiə məşqi keçirilib
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mülki müdafiə məşqi keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
12:08 09.08.2018

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin metodiki köməkliyi ilə avqustun 8-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə qüvvələrinin şəxsi heyətinin fövqəladə hallara operativ reaksiyavermə və işçi sənədlərin tərtib edilməsi üzrə hazırlıq səviyyəsinin yoxlanılması və yüksəldilməsi, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsi olub.

Məşqə Milli Oftalmologiya Mərkəzinin mülki müdafiə qüvvələrinin şəxsi heyəti də cəlb edilib.

Məşqin gedişində Milli Oftalmologiya Mərkəzi aparatının və struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsinə dair suallar işlənilib. Tədbirin sonunda məşq rəhbərliyi tərəfindən yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM