Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

05:42 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Külü gübrə sayanlar yanılırlar
Külü gübrə sayanlar yanılırlar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 09.08.2018

 

Əkin sahələrinin yandırılması faydalı torpaq mikroflorasını və mikrofaunanı məhv edir, məhsuldarlığı aşağı salır

 

Kosmik gəmilərdən Yerin səthinin fotoçəkilişlərini aparan NASA və Avropa Kosmik Tədqiqatlar Agentliyi əvvəlki illərdə olduğu kimi, bu il də qəribə təzadla rastlaşıblar: bəzi ölkələrdə əkin sahələri yandırılmır, bir sıra ölkələrdə isə bu, ənənə halını almışdır. Bu səbəbdən mütəxəssislər əkin sahələrinin yandırılmasına müxtəlif mövqelərin mövcud olmasını araşdırmaq məcburiyyətində qalıblar.
Kosmik çəkilişlər onu göstərir ki, Rusiyanın Kalininqrad vilayəti təbii yanğınlarla dolu olduğu halda, Polşa və Litva dövlətlərinin ərazilərində demək olar ki, heç nə yanmır. Bunun səbəbini öyrənmək üçün NASA ilə Avropa Kosmik Tədqiqatlar Agentliyinin mütəxəssisləri Kopenhagen Universitetinin əməkdaşlarına müraciət ediblər.
Birgə araşdırmalar onu göstərir ki, yazda və yayın sonunda çöllərdə və əkin sahələrində yanğınların intensivliyi müxtəlif ölkələrin ərazilərində fərqli olur. Məsələn, Rusiyada əkin sahələrinin başlı-başına buraxılması və nəzarətin zəifliyi yanğınların artması ilə nəticələnir.
Planetin başqa qitəsində, Amazon çayının hövzəsində yağışların bolluğuna xidmət edən meşələrin sürətlə qırılması da bir sıra yanğınlara səbəb olur. İndoneziyada tropik meşələrin kütləvi qırılması və palma yağının istehsalının artırılması yanğınların baş verməsinə xidmət edən amillərdəndir.
Yer kürəsində yanğınlara nəzarət edən və onların səbəblərini araşdıran NASA ilə Kosmik Tədqiqatlar Agentliyi kosmik çəkilişləri mütəxəssislərlə birlikdə araşdıraraq belə qənaətə gəlirlər ki, bir sıra ölkələrdə otlaq və əkin sahələrinin yandırılmasına həddən ziyadə ciddi nəzarət edilir. Digərlərində isə nəzarət yoxdur və demək olar ki, hər şey başlı-başına buraxılıb. Məhz bu amilə görə bəzi ölkələrdə heç nə yanmır, digərlərində isə əkinlərə aramsız od vurulur.
Rusiyanın Kalininqrad vilayətində çöllər və əkin sahələri yanırsa, bu, Polşa ilə Baltikyanı respublikaların və hətta digər ölkələrin də ekologiyasına təsir edir. Ona görə də meşə, çöl və əkin sahələrinin yandırılması dəqiq bir ölkəyə yox, bütün planetə şamil edilən qlobal problemlər sırasındadır.
Nəzərə alaq ki, hər il payız mövsümündə əkin sahələrinin yandırılması ölkəmiz üçün də xarakterikdir. Düzdür, bizdə fermerlərin pay torpaqlarının sahəsi o qədər böyük deyil və yanğınlar da bir qayda olaraq lokal xarakter daşıyır. Amma payızda əkinlərin yandırılması yenə də problem olaraq qalır.
Qərb alimlərinin gəldikləri qənaət belədir ki, əkin sahələrinin dünyanın əksər ölkələrində yandırılması bir tərəfdən də ənənələrlə bağlıdır. Bizdə də, Rusiyada da əkinlərin və biçilməyən kövşənlərin yandırılması bir növ, profilaktik tədbir sayılır və insanlar bununla faydalı iş gördüklərini düşünürlər. Belə sayırlar ki, harada quru ot, saman varsa yandırılanda həm sahə təmizlənir, həm də yaxşı məhsulun bünövrəsi qoyulur. Amma kosmosdan baxanda Baltikyanı respublikaların, Polşanın, hətta Belarusun da ərazisində yanğınların az olduğu görünür. Çünki bu ölkələrdə əkin və otlaq səhələrinin yandırılması qanunla qadağan edilmişdir. Rusiyada bənzər qanun bir xeyli gec, 2015-ci ildə qəbul edilsə də, ciddi cərimələr nəzərdə tutulsa da, o hələ ki tam gücündə və geniş tətbiq edilmir.
İndi elm inkişaf edir və bioloji kütləni başqa yollarla utilləşdirirlər. Amma bilmək vacibdir ki, istənilən yanğın havanı çirkləndirir və biz zəhərlənmiş hava ilə nəfəs almağa özümüzü məhkum edirik, səhhətimizə ziyan vururuq. İnsanların, xüsusən də kənd adamının beynində əsrlər boyu belə bir fikir kök salıb ki, əkinlərin yandırılması xeyirlidir. Kəndlilər yüz illiklər boyu dünyanın hər yerində belə fikirləşiblər. Amma reallıq ondan ibarətdir ki, əkin sahələri yandırılarkən təkcə küləş yanaraq kül olmur, bitki qalıqları ilə birlikdə torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofauna da məhv edilir.
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, əkin sahələrinin yandırılması növbəti il həmin sahədə məhsuldarlığı aşağı salacaq və fermer qazancının bir qismini itirəcək. Nazirliyin mətbuat xidməti əkinə yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edildiyini bildirir. Diqqətə çatdırılır ki, bu cür yanğınların törədilməsi Azərbaycanda da qadağan olunmuşdur.
Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 244.1 maddəsi əkin yerinin yandırılması ilə bağlı nəzərdə tutulan cərimələrə aiddir: “Əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir”. Əlbəttə ki, bu, o qədər də yumşaq cəza deyil və qanun pozucularının tərbiyələndirilməsinə yönələn sərt addımdır. Nazirlik İnzibati Xətalar Məcəlləsinin bu bəndinin tətbiq edilməsinin tərəfdarı olmaqla yanaşı, maarifləndirmə işlərini də gücləndirmişdir. Amma dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, dinc durmayıb kibritə əl atanlar hələ ki tapılır.
Lakin bütün bunlara baxmayaraq, ümid etmək olar ki, Azərbaycanda kənd əhalisi və fermerlər əkin sahələrinə od vurmaq kimi ziyanlı vərdişi tez bir zamanda tərgidəcəklər.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM