Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:34 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmlak idarəçiliyində xidmətlər elektronlaşdırılıb
Əmlak idarəçiliyində xidmətlər elektronlaşdırılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 09.08.2018

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dövlət orqanlarında göstərilən xidmətlərin tam elektronlaşması, xidmətlərin vətəndaşlara əlçatan olması, idarəetmənin modernləşdirilməsi istiqamətində mühüm tapşırıqlar verib. Burada əsas məqsəd vətəndaş məmur əlaqələrini minimuma endirməkdir.

Bu tapşırıqlara uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də bütün xidmətlərini tam olaraq elektronlaşdırıb. Komitənin elektron xidmətləri və tətbiq etdiyi maraqlı yeniliklər barədə avqustun 8-də “Əmlak idarəçiliyində tam elektronlaşma” mövzusunda mətbuat nümayəndələri üçün info-tur təşkil edilib. Məqsəd vətəndaşlara çağırış etmək və bu elektron xidmətlərdən maksimum istifadəyə dəvət etməkdir.
Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilən tədbirdə əmlak idarəçiliyində tətbiq edilən elektron xidmətlər, informasiya sistemlərinin necə çalışması canlı olaraq nümayiş edilib, onların iş prinsipi və üstünlükləri ilə bağlı media nümayəndələrinə məlumat verilib.
Jurnalistlər komitənin təqdim etdiyi 39 elektron xidmətlə tanış olub, bu xidmətlərdən istifadə qaydalarını canlı izləyiblər. Həmin xidmətlərin 26-sı daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-si isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 37-si interaktiv, 2-si isə informativ xidmətlərdir. Xidmətlərdən internet üzərindən E-emdk.gov.az portalına daxil olmaqla istifadə etmək mümkündür.
Belə xidmətlər sayəsində əmlakla bağlı bütün əməliyyatları evdən və ya ofisdən çıxmadan həyata keçirmək mümkündür. Belə ki, elektron xidmətlər vasitəsilə dünyanın hər yerindən özəlləşdirmə hərracına qatılaraq dövlət əmlakına sahib olmaq, eləcə də daşınmaz əmlakı sənədləşdirmək və əmlak çıxarışını elektron qaydada almaq olar. Əhali və investorlar bu xidmətlərdən getdikcə daha çox istifadə etməyə başlayıblar. Artıq bu xidmətlərdən istifadə edənlərin sayı 800 minə yaxındır.
Daşınmaz əmlakın qeydiyyatı prosedurlarını vətəndaşlar üçün sadə və əlçatan edən elektron xidmətlər istifadəyə verilib. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu elektron müstəvidə həyata keçirilir. Yəni, vətəndaşlar daşınmaz əmlaklarına dair çıxarışların alınması üçün sənədlərini və müraciətlərini onlayn göndərə bilirlər.
Ən çox istifadə olunan xidmət “Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi”dir. Bu xidmət vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurları həyata keçirmək, əmlakla bağlı müxtəlif arayışları almaq daha da sadələşib.
İnformativ xidmətlərdən olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” elektron xidməti vətəndaşlar üçün olduqca əhəmiyyətlidir. Bildirilib ki, bununla yeni tikilən binalarda mənzil alanlar həmin binanın çıxarışının olub-olmamasını əvvəlcədən öyrənə bilirlər. Xidmət bu sahədə yaranacaq risklərin qarşısını alır, leqal əmlakların sayını artırır.
Komitənin elektron şəbəkələr sisteminə daha bir yenilik olan “Elektron çıxarış” sistemi daxil olub. Sistem daşınmaz əmlaklara dair sənədi elektron şəkildə qeydiyyata alır. Bununla, çıxarışın həm kağız, həm də elektron şəkildə variantı eyni hüquqi qüvvəyə malik olur. Sistemin tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını da genişləndirib. Hazırda 5 minə yaxın elektron çıxarış sahibi var.
Vətəndaşlar daşınmaz əmlaklarını sənədləşdirmək istədikdə Əmlakın Qeydiyyatı Kalkulyatorundan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada əvvəlcədən məlumat ala bilirlər.
Daşınmaz əmlakın qeydiyyatı ilə yanaşı, özəlləşmə sahəsində də elektron mühit formalaşıb. Hərraclarla bağlı sifarişlər elektron şəkildə yerinə yetirilir. Səhmdar cəmiyyətlərin səhm paketlərinin, kiçik müəssisələrin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmətlər, hərracların canlı izlənməsini təmin edən onlayn hərrac bu sahəni daha da cəlbedici edir.
Özəlləşmənin elektronlaşmasına imkan verən daha bir innovativ addım elektron hərracın istifadəsi ilə bağlıdır. Sistem vasitəsilə investorlar heç bir yerə getmədən olduğu məkandan əmlak sahibi olur. Bunun üçün yalnız internetə qoşulmaq və onlayn olaraq sifariş verdiyi əmlakın hərracında iştirak etmək lazımdır.
İnvestorların daha rahat qatılması üçün yaradılan “Özəlləşdirilmə portalında” hərraca çıxarılan əmlaklarla vizual şəkildə tanış olmaq mümkündür. Ölkə vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, İrlandiya, Fransa, Almaniyada portalı izləyənlərin sayı kifayət qədərdir.
Artıq dövlət müəssisələri əmlakın qorunub saxlanması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasını elektron şəkildə də təqdim edə bilirlər. Hesabata əsasən, dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir. Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi də elektronlaşdırılıb. İcraçı kodunu qeyd etməklə, bu xidmətdən istifadə etmək mümkündür.
Elektronlaşma kadastr sahəsindən də yan keçməyib. Geodeziya ölçmə işlərinin aparılması məqsədilə Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyalarına (AzPOS) qoşulmaq üçün müraciətlər də elektron şəkildə həyata keçirilir.
Komitə tərəfindən daha bir yeni elektron xidmət istifadəyə verilib. Belə ki, “Kadastr kalkulyatoru” vətəndaşların istifadəsindədir. “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür.

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM