09 Avqust 2018 12:08
141
İQTİSADİYYAT
A- A+

Thenational.ae: “Qurban bayramı günlərində Azərbaycana gəlmək BƏƏ əhalisi üçün ən yaxşı variantdır”

 

Qurban bayramı günlərində Azərbaycana gəlmək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisi üçün ən yaxşı variantdır. Qonaqlar paytaxtın görməli yerlərindən zövq ala, milli mətbəxin ləziz təamlarından dada, Azərbaycan xalqının zəngin mədəniyyəti və tarixi ilə tanış ola bilərlər. AZƏRTAC bu barədə thenational.ae saytına istinadla xəbər verir.

Ötən ay qəbul edilmiş qərar onu göstərir ki, Azərbaycana gələn BƏƏ sakinləri indi vizanı ölkəyə çatdıqda əldə edə bilərlər (əvvəllər viza Azərbaycan səfirliyində alınmalı idi). Dubay və Əbu-Dabidən uçuşlar (“FlyDubai” və “Etihad” vasitəsilə) cəmi iki saat yarım təşkil edir.

Saytda Azərbaycan səfirliyinin bu məsələ ilə bağlı izahı da dərc olunub. Qeyd edilir ki, BƏƏ-nin bütün sakinləri Azərbaycana gəldikləri andan bir aylıq viza əldə edəcəklər, lakin BƏƏ-də yaşama üçün viza və pasport Azərbaycana gələn tarixdən ən azı 120 gün etibarlı olmalıdır; Azərbaycanda 15 gündən artıq qalan bütün əcnəbilər ölkənin Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər.

Bəyanatda vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinə qanunsuz səfər etmiş istənilən şəxsə ölkəmizə gəlmək üçün viza verilməyəcək.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video