Alternative content

01:14 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Euronews” telekanalı “Açıqçalar” silsiləsinin növbəti buraxılışını Şahdağ turizm kompleksinə həsr edib
“Euronews” telekanalı “Açıqçalar” silsiləsinin növbəti buraxılışını Şahdağ turizm kompleksinə həsr edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 09.08.2018

 

Son illər Azərbaycanda turizm sektorundakı canlanma, infrastrukturun müasirləşməsi ölkəmizə səyahət edən əcnəbilərin sayının ildən-ilə artmasına səbəb olur. Bununla yanaşı, xarici kütləvi informasiya vasitələrində ölkəmizin turizm imkanları, gəzməli, görməli yerləri haqqında mütəmadi məlumatlar yayımlanır.

AZƏRTAC xəbər verir ki, bu dəfə “Euronews” telekanalının “Açıqçalar” silsiləsinin növbəti buraxılışında “Şahdağ” turizm kompleksi ilə bağlı süjet yayımlanıb.

Süjetdə məlumat verilib ki, Böyük Qafqazın şərq hissəsində yerləşən Şahdağ tərcümədə “dağların şahı” deməkdir. Azərbaycanın bu əzəmətli dağ yüksəkliyini mütləq görmək lazımdır. Burada dincəlmək üçün müxtəlif vasitələr mövcuddur. Əsasən də “Şahdağ” qış-yay turizm kompleksi idmanı sevənlər üçün əla məkandır. Turistlər kompleksin ərazisində həm dincələ, həm də səmərəli vaxt keçirə bilərlər.

Burada təbiət və yüksəkliyi sevənlər üçün bütün marşrutlar var. Kompleksdə piyada gəzmək, velosiped və xizək sürmək mümkündür. Sadəcə, mövsümü seçmək və istirahətə yollanmaq lazımdır.

Qeyd olunub ki, Böyük Qafqaz dağlarında yerləşən Şahdağ şəlalələri, çayları və çəmənləri ilə məşhurdur. Bakıdan 200 kilometr məsafədə və 4 min metrdən çox hündürlükdə yerləşən Şahdağ öz təbiəti ilə hər kəsin marağına səbəb olur. Burada Şərqlə Qərb qovuşur. Bölgənin əhalisi də çox qonaqpərvərdir. Şahdağın bənzərsiz təbiəti bir çox idman növləri ilə məşğul olmaq üçün əlverişlidir.