Alternative content

12:32 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda avtobus parkının yenilənməsi üçün 47,9 milyon manat ayrılıb
Bakıda avtobus parkının yenilənməsi üçün 47,9 milyon manat ayrılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 09.08.2018

Bakıda avtobus parkının yenilənməsi üçün 47 milyon 924 min manat ayrılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev avqustun 8-də “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayrılıb.