Alternative content

07:26 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kolleclərə qəbul üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb
Kolleclərə qəbul üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb
ANA SƏHİFƏ / Təhsil
11:08 08.08.2018

 

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 8-də saat 17.10-dan etibarən internet səhifəsində yerləşdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

 

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma faizi

Azərbaycan bölməsi

Rus

bölməsi

Bölmələr üzrə cəmi

Dövlət (ödənişsiz)

4176

4000

113

4113

98,49

Dövlət (ödənişli)

4964

4481

89

4570

92,06

Özəl

755

720

9

729

96,56

Cəmi

9895

9201

211

9412

95,12

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 24-dək sənədlərini təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb edilən sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat ala bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.