Alternative content

05:41 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya səyahətinə çıxan avropalı velosipedçilər cənub bölgəsində olublar
Dünya səyahətinə çıxan avropalı velosipedçilər cənub bölgəsində olublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:08 08.08.2018

 

Yerli sakinlər onları meyvə-tərəvəzə qonaq etdikləri üçün ərzağa o qədər də pul xərcləmirlər

 

Üç ay əvvəl İsveçrədən velosipedlə dünya səyahətinə çıxan cütlüklər ölkəmizin cənub bölgəsində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsveçrədən olan Kevin Qorq və Yvon Viter səyahətə 101 gün öncə çıxıblar. İndiyə kimi 13 ölkənin ərazisindən keçən gənc səyahətçilər 6 gündür ölkəmizdədirlər.

Bu müddət ərzində Şəkidə olan turistlər Azərbaycanın milli yeməklərindən də dadıblar. Yolboyu isə əksər vaxtlarda yerli sakinlər onları meyvə-tərəvəzə qonaq etdikləri üçün ərzağa o qədər də pul xərcləmirlər.

Kevin Qorq deyib: “Azərbaycanda bizi mehribanlıqla qarşılayırlar. Təəssüratımız çox zəngindir. Burada çox mehriban insanlarla görüşdük, onlarla həmsöhbət olduq.”

İsveçrəli turistlər hava şəraitindən asılı olaraq gün ərzində 60-70 kilometr yol qət edirlər. Onlar pula qənaət etmək üçün çadırda gecələməyə üstünlük versələr də, havalar həddən çox isti olduğu üçün otellərdə gecələməli olurlar.

Gənc səyyahlar qış aylarına kimi bir çox ölkəyə səyahət etməyi planlaşdırırlar.