Alternative content

04:10 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Konqresinə ilk dəfə olaraq müsəlman qadın seçiləcək
ABŞ Konqresinə ilk dəfə olaraq müsəlman qadın seçiləcək
ANA SƏHİFƏ / DÜNYA
05:08 08.08.2018

Miçiqan ştatında keçirilən səsvermənin ilkin nəticələrinə əsasən, Fələstin əsilli amerikalı Raşida Tlaib ABŞ Konqresinin nümayəndələr palatasında öz yerini təmin edərək bu qanunverici orqanda ilk müsəlman qadın olacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Tlaib müstəqil namizədlərin və Respublika partiyasının iştirak etmədiyi seçkilərdə Demokratik partiyanın namizədi qismində qələbə qazanıb. Bu isə o deməkdir ki, aralıq seçkilərində Tlaibin rəqibi olmayacaq və o, Konqresin nümayəndələr palatasında Miçiqan ştatını təmsil edəcək.

Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir.