Omanlı turist: Ölkəmizə qayıtdıqdan sonra Azərbaycan xalçalarını təbliğ edəcəyik
Ölkəmizdə yaradılan müasir turizm infrastrukturu, bölgələrimizin sabitlik adasına çevrilməsi buraya gələn turistlərin sayını xeyli artırıb. Azərbaycana gələn turistlərin ziyarət etdiyi ünvanlar sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) filialları da yer alır. Qurumun fəaliyyət göstərən filiallarında sərgi-satış salonları yaradılıb ki, bu da xalça istehsalı emalatxanalarını turistlər üçün daha cəlbedici edir.
Qəbələ ölkəmizin əsas turizm mərkəzlərindən biridir. Hər gün bu rayona yüzlərlə turist gəlir. Həmin insanların turizm marşrutunda “Azərxalça”nın Qəbələ filialı da olur. Təkcə ötən həftə bu filialı onlarla turist ziyarət edib. Turistlərə Azərbaycan xalçaçılığı, Qəbələdəki emalatxanada toxunan xalçalar barədə geniş məlumatlar verilib.
“Azərxalça”nın Qəbələ filialında olan turistlərdən biri də Oman vətəndaşı Abdullah El-Mahrukidir. O, emalatxanada toxunan xalçalarla tanış olduqdan sonra buradan bir xalça alıb.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, omanlı qonaq açıqlamasında Azərbaycan xalçalarının onu heyran etdiyini bildirib: “Mən öz ailəmlə Azərbaycanı görməyə gəlmişəm. Sizin çox abad şəhərləriniz, müasir turizm infrastrukturunuz var. Azərbaycanlılar həm çox qonaqpərvərdirlər, həm də tarixi köklərinə və milli dəyərlərinə bağlıdırlar. Səfər etdiyimiz şəhərlərdə bizə tarixi yerləri, xalqınızın mədəniyyətini nümayiş etdirən obyektləri görməyi məsləhət bilirlər. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz zəngin mədəniyyətini, dəyərlərini təbliğ etməkdə maraqlıdır”.
Abdullah El-Mahruki dünyanın xalça istehsal edən bir neçə ölkəsində olduğunu, ancaq heç yerdə belə xalçalar görmədiyini deyib: “Biz Qubadakı xalça fabriki ilə də tanış olmuşuq. Xalça fabriklərinizdə istehsal olunan məhsullar mənim çox xoşuma gəldi. Toxucular mükəmməl sənət əsərləri yaradırlar. Azərbaycan xalqı bütün bu işləri ilə haqlı olaraq fəxr edir. Sizin xalçalarınızın çox zəngin və mənalı naxışları vardır. Biz anlamasaq da, bilirik ki, o naxışlar nə isə deyir. Ölkəmizə qayıtdıqdan sonra Azərbaycan xalçalarının təbliğatçısına çevriləcəyik. Çünki Azərbaycan xalçaları həm dekorativ cəhətdən gözəldir, həm də keyfiyyətlidir. Burada bizə məlumat verdilər ki, xalçalar təmiz qoyun yunundan hazırlanmış, təbii boyalarla boyanmış iplərlə toxunur. Bu da sağlamlıq deməkdir. Kim istəməz ki, öz evində sağlamlığa mənfi təsir göstərməyən əşyalar olsun. Belə fabriklər yaradan dövlətiniz təkcə iş yerləri açmayıb, eyni zamanda, hər bir vətəndaşının sağlamlığının qeydinə qalıb”.
Omanlı qonaq yenidən ölkəmizə səfər edəcəyini söyləyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi proses...
25 Aprel
Tərəfdaşlıqdan strateji müttəfiqliyə
25 Aprel
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!