Alternative content

14:03 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koçaryanın azadlığa buraxılması barədə vəsatət rədd edildi
Koçaryanın azadlığa buraxılması barədə vəsatət rədd edildi
ANA SƏHİFƏ / DÜNYA
04:08 08.08.2018

Ermənistanın baş prokurorluğu həbs olunmuş eks-prezident Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı parlamentin 45 deputatı tərəfindən verilmiş yazılı vəsatəti rədd etmişdir. Bu barədə jurnalistlərə prokurorluğun mətbuat katibi Arevik Xaçatryan məlumat vermişdir.

Xaçatryanın dediyinə görə, baş prokurorluq hesab edir ki, Koçaryan barəsində çıxarılmış həbs qətimkan qərarının dəyişdirilməsi ilkin istintaq zamanı məqsədəuyğun deyil.

Xatırladaq ki, ötən ayın 26-da Ermənistan Xüsusi İstintaq Xidməti Koçaryana qarşı 2008-ci ildə konstitusion quruluşu zorakılıqla devirmək ittihamı irəli sürmüş və onun barəsində həbs qətimkan seçilməsi üçün məhkəməyə müraciət etmişdi. Elə həmin gün eks-prezident 1 mart 2008-ci ildə müxalifətin etiraz aksiyaları zamanı baş vermiş qətllərlə bağlı cinayət işi çərçivəsində müstəntiqlər tərəfindən dindirilmişdi. İyulun 27-də Robert Koçaryan məhkəmənin qərarı ilə həbs edilmişdir.