Alternative content

02:52 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Duke Kolumbiya Prezidenti vəzifəsinin icrasına başladı
Duke Kolumbiya Prezidenti vəzifəsinin icrasına başladı
ANA SƏHİFƏ / DÜNYA
04:08 08.08.2018

İyunun 17-də keçirilmiş seçkilərdə qalib gəlmiş İvan Duke Kolumbiya Prezidentinin səlahiyyətlətini icra etməyə başlamışdır. Bu barədə TASS agentliyi xəbər verir.

Duke andiçmə mərasimində bildirmişdir ki, keçmiş “Kolumbiya inqilabi silahlı qüvvələri” (KİSQ) qiyamçı qruplaşması ilə bağlanmış sülh sazişi modifikasiya edilməlidir. “Kolumbiyaya və aldığım mandata hörmət əlaməti olaraq münaqişə qurbanlarının həqiqəti öyrənməsi, ədalətə nail olması və kompensasiya alması üçün sülh sazişinə dəyişikliklər etməliyik” deyə Prezident bildirmişdir.

Dövlət başçısı həmçinin hesab edir ki, digər qiyamçı qruplaşma – Milli Azadlıq Ordusu (MAO) ilə sülh sazişinin bağlanması beynəlxalq nəzarət altında cinayətkar hərəkətlərin tamamilə dayandırılması ilə müşayiət olunmalıdır.

Xatırladaq ki, 2016-cı il noyabrın 4-də Kolumbiya hökuməti ilə KİSQ arasında münaqişənin dayandırılması haqqında saziş imzalanmışdır. Bu sənəd 50 ildən çox davam edən qarşıdurmaya son qoymuşdur.

Artıq MAO qruplaşması da yeni Prezidentlə danışıqları davam etdirmək niyyətində olduğunu bildirmişdir.

İyunun 17-də Kolumbiyada keçirilmiş prezident seçkilərinin ikinci turunda İvan Duke 53,97 faiz səslə qalib gəlmişdir. Onun rəqibi, solçu koalisiya tərəfindən namizədliyi irəli sürülmüş paytaxt Boqotanın eks-meri Qustavo Petro 41,81 faiz səs toplamışdır.