Alternative content

11:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyada zəlzələ qurbanlarının sayı 131-ə çatdı
İndoneziyada zəlzələ qurbanlarının sayı 131-ə çatdı
ANA SƏHİFƏ / DÜNYA
04:08 08.08.2018

İndoneziyanın Lombok adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatmışdır. 1447 nəfərdən çox adam xəsarət almışdır. Bu barədə İndoneziyanın Fövqəladə Hallarla Mübarizə üzrə Milli Agentliyinin nümayəndəsi Purvo Nuqroho məlumat vermişdir.

Nuqrohonun dediyinə görə, 43 minə yaxın tikili, o cümlədən yaşayış binaları, məktəblər və məscidlər ziyan çəkmişdir. 156 min nəfərdən çox adam daha təhlükəsiz rayonlara köçürülmüşdür.

Xatırladaq ki, İndoneziyanın şərqində yerləşən Lombok adasında baş vermiş zəlzələ Rixter cədvəli ilə 7 bal gücündə olmuşdur.