Alternative content

14:00 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Argentinanın vitse-prezidenti həbs olundu
Argentinanın vitse-prezidenti həbs olundu
ANA SƏHİFƏ / DÜNYA
04:08 08.08.2018

Argentina məhkəməsi ölkənin vitse-prezidenti Amado Budunu korrupsiyada və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilmişdir. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər verir.

Məlumata görə, Budu 5 il 10 ay həbs cəzası çəkəcək. Bundan əlavə, o, dövlət vəzifəsində işləyə bilməyəcək.

Budu 2009-2011-ci illərdə Argentinanın iqtisadiyyat naziri vəzifəsində çalışarkən çap məhsulları istehsal edən “Ciccone Calcografica” şirkətinə kömək məqsədilə xidməti vəzifəsindən sui-istifadə etmişdir. Ötən ay Budu üzərindən korrupsiya ittihamlarının götürülməsini istəsə də, məhkəmə onun vəsatətini təmin etməmişdir.