Alternative content

08:46 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MDB ölkələrindən olan turistlər Azərbaycanı seçirlər
MDB ölkələrindən olan turistlər Azərbaycanı seçirlər
ANA SƏHİFƏ / Turizm
03:08 08.08.2018

Azərbaycanın paytaxtı Bakı MDB ölkələrinin yay səyahəti reytinqində ən populyar şəhərə çevrilib. Cari mövsümdə Bakını bir milyondan çox turist ziyarət edib.

AZƏRTAC bu barədə mir24.tv telekanalına istinadla xəbər verir. Turistlər öz müsahibələrində Bakıda Şərqin və Avropanın harmoniyasının hökm sürdüyünü qeyd ediblər. Bu, qədim və eyni zamanda, müasir şəhərdir. Məhz bununla da turistləri özünə cəlb edir. Kiçik Qala küçəsində “Brilyant əl” sovet komediyasının bir fraqmenti çəkilib. Bu səbəbdən də Qayday komediyasını sevənlər hər gün burada “yıxılır” və selfi ilə bu anı xatirəyə çevirirlər.

Azərbaycan paytaxtı onlarca film üçün çəkiliş meydançası olub. Bu filmlər arasında “Amfibiya adam”, “Tehran-43”, “Aybolit-66” və s. göstərmək olar. Ruslan və Lina Perm şəhərindən məxsusi olaraq Qız Qalasını görmək üçün Bakıya gəliblər. Bu qalanın tikilmə səbəbi və ondan vaxtilə necə istifadə edildiyi barədə alimlər indiyədək mübahisə aparırlar.

Bir neçə saatlıq gəzintidən sonra susuzluğu yatırmağa və itirilmiş enerjini bərpa etməyə çay kömək edir. Azərbaycanda bu ətirli içkini armudu stəkanda təkcə qəndlə deyil, Şərq şirniyyatları və mürəbbə ilə masaya verirlər. Sankt-Peterburqdan olan Milana Kulik üçün bu ənənə bir kəşf oldu.

Milli naxışlı ipək yaylıqlar və xalçalar Azərbaycandan olan ən yaxşı suvenirlər siyahısındadır. Respublika təkcə qonaqpərvər deyil, həm də ziyarət üçün təhlükəsiz ölkədir.

Əlavə edək ki, bu ilin əvvəlindən Azərbaycanı təxminən 2 milyonadək turist ziyarət edib.