Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:22 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlərlə görüş olub
Yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlərlə görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 08.08.2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Binəqədi rayonunda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri və Binəqədi rayonu üzrə nümayəndəsi iştirak edib.

Yarımtikililərdə məskunlaşmış məcburi köçkünlər problemləri ilə bağlı Dövlət Komitəsinin sədrinə müraciət edib, üzləşdikləri çətinliklərlə əlaqədar məlumat veriblər.

Komitə sədri onları diqqətlə dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib. Qeyd edilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər onların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyinin göstəricisidir. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşır, həyata keçirilən işləri daim diqqətdə saxlayır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər bütün lazımi infrastrukturla təmin edilmiş qəsəbə və məhəllələrdə yeni, müasir mənzillərə köçürülür.

Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri qeydə alınıb.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM