Alternative content

19:47 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Xorvatiya yığmasına qalib gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Xorvatiya yığmasına qalib gəlib
ANA SƏHİFƏ / İDMAN
02:08 08.08.2018

 

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Sloveniyada hazırlıqları davam etdirir.

AZƏRTAC xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində Xorvatiya millisi ilə yoldaşlıq görüşü keçirib.

Faiq Qarayevin yetirmələri rəqibinə hər üç setdə qalib gəliblər - 3:0 (25:14, 25:19, 25:16).

Qeyd edək ki, millimiz bu il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək voleybol üzrə dünya çempionatına hazırlaşır.