Alternative content

19:35 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Caspian Energy Forum Baku – 2018”ə rəsmi dəstək göstərir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Caspian Energy Forum Baku – 2018”ə rəsmi dəstək göstərir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 08.08.2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi VII Beynəlxalq "Caspian Energy Forum Baku - 2018"ə ən yüksək səviyyədə rəsmi dəstək göstərir və tədbirdə iştirak edəcək.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian Energy Forum Baku – 2018” sentyabrın 20-də Azərbaycan Respublikası hökumətinin və “Caspian European Club”un dəstəyi ilə keçiriləcək.