Alternative content

12:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xətai rayonunda söyüd ağacının kəsilməsi nəticəsində təbiətə 1500 manat ziyan dəyib
Xətai rayonunda söyüd ağacının kəsilməsi nəticəsində təbiətə 1500 manat ziyan dəyib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:08 08.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı daxil olan məlumatı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları araşdırıblar.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, ünvana keçirilən baxış zamanı diametri 38-42 santimetr olan yaşköküstə söyüd ağacının kəsildiyi aşkar edilib və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xətai Rayon Polis Şöbəsinə məktub göndərilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xətai Rayon Prokurorluğuna müraciət edilib.