Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:42 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bizim çörək təknəmiz
Bizim çörək təknəmiz
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 08.08.2018

 

Azərbaycan kəndi ölkəni əsas ərzaq məhsulları ilə təmin etməyə qadirdir

 

Qeyri-neft sektorunun sahələri çoxdur. Xidmət, ticarət və turizmdən başlamış qeyri-neft sənayesi də daxil bu sahələr arasında isə kənd təsərrüfatının xüsusi çəkisi və ən başlıcası, əhəmiyyəti var. Düşünürük ki, səbəbləri hamı üçün bəlli olduğundan təkrarlanmağa ehtiyac yoxdur, xüsusən də söhbət Azərbaycandan gedirsə... Çünki bizdə əhalinin təxminən yarısı kəndlərdə yaşayır və deməli, ən azından bu sayda insanlarımızın güzəranı, dolanışığı torpaqdan çıxır. Üstəlik, bu rahatsız, sabahı yaxşı heç nə vəd etməyən dünyada ərzaq sarıdan ixracdan asılı olmaq qonşu şamına ümid etmək qədər riskli bir işdir və odur ki, həmin riski minimuma endirmək kəndlinin üzərinə düşən vacib öhdəlikdir.
Bunun öhdəsindən gəlmək üçünsə dövlət tərəfindən kəndliyə bəlkə də dünyanın heç bir ölkəsində mövcud olmayan güzəştlər edilir. Bəlkə də kimlərsə bunu sıradan növbəti təbliğat kimi qəbul etsin. Çünki həmin güzəştlər haqqında saysız qədər deyildiyindən və yazıldığından onlar artıq hamı üçün adiləşib, hətta o qədər ki, çoxları bunları dövlətin boynunun haqqı, yəni elə belə də olmalıymış kimi qəbul edirlər.
Əslində isə yanılırlar. Dünyanın hansı ölkəsində kənd təsərrüfatı məhsulları istehsalçıları simvolik torpaq vergisindən savayı bütün vergilərdən azaddırlar?! Yaxud, kim başqa bir ölkə göstərə bilər ki, yanacaq, sürtkü yağları, gübrələr, texnikalar fermerlərə az qala yarıbayarı ucuz qiymətə satılsın?! Və ya özgə harada görünüb ki, bir çox strateji məhsulların əkin sahələrinə görə dövlət büdcəsindən subsidiya ayırsın?!
Siyahını uzatmaq da olar. Lakin, yəqin, bunlar da kifayət edər ki, Azərbaycanda aqrar sektora edilən güzəştlərin ölçüsü haqqında qısa da olsa təsəvvür yaransın. Elə buradaca da qeyd edək ki, dövlətin aqrar siyasətinin əsas tərkib hissəsi sayılan həmin güzəştlərin məqsədi və hədəfi, anlaşılan dildə desək, az əvvəl xatırlatdığımız “qonşu şamına ümid olan işıqsız qalar” məsəlində nəzərdə tutulan fəsadları yaşamamaqdır. Çünki ötən əsrin 90-cı illərinin əvvəlində - müstəqilliyimizin bərpasının ilk illərində xalqımız həmin fəsadların acılarını görüb. Görüb ki, çörək qıtlığı, ərzaq çatışmazlığı, hətta yeri olmasa da - neft ölkəsində benzin növbəsi nə deməkdir. Bunlar da hələ hamısı deyil. O dövr bir çox obyektiv və subyektiv səbəblər üzündən kəndlər boşalmışdı, əkin sahələri əkinçi üzünə həsrət qalmışdı, mal-qara ya dəyər-dəyməz qiymətə satılmış, ya da qonşu ölkələrə daşınmışdı. Kəndlərdə nə işıq vardı, nə qaz, nə də su. Təsərrüfatla məşğul olmaq üçün vacib hesab edilən vəsaitdən isə söz açmağa dəyməzdi. Kəndli quru çörəkpulu tapırdı ki, əkin-biçin üçün də fikirləşsin... Bir sözlə, əsl böhran idi - ərzaq böhranı. Və bir də, dünən kolxozçu, sovxoz fəhləsi olmuş kəndli gələcəkdə fermerə çevriləcəyinə haradasa inansa da, həmin böhranlı günlərdə nəçi olduğunu anlaya bilmirdi. Bax, bu cür dünənki günlərdən sonra kənd təsərrüfatına bugünkü dövlət dəstəyi və qayğısı tam başadüşüləndir.
İndi Azərbaycan kəndi ölkəni bir sıra mühüm ərzaq məhsulları ilə ya tam, ya da əsasən təmin edir. Artıq əhalimiz xarici ərzaq məhsullarını almır, hamı özümüzünkünə üstünlük verir. Hətta bizim elə ərzaq məhsullarımız var ki, “Made in Azerbaijan” brendi ilə ixrac olunur. Yerli müəssisələrimizdə istehsal edilən bitki yağlarımız, bir çox süd məhsullarımız qonşu ölkələrdə həvəslə alınır.
Amma bunlar hələ başlanğıcdır. Aqrar islahatlara təxminən 20-25 il əvvəl başlanılsa da, bu, elə bir sahədir ki, orada görüləcək işlər görülmüş işlərdən həmişə çox olur. Azərbaycan keçmiş SSRİ respublikaları arasında aqrar islahatlara ilk başlayan, o cümlədən torpağı təmənnasız sahibinə - kəndliyə verən ilk ölkə olsa da, bu işi ardıcıl davam etdirən və onu dövrün tələblərinə uyğun təkmilləşdirən ölkə kimi də seçilir.
“Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır”. Bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan iclasında səsləndirmişdir. Göründüyü kimi, Prezident də aqrar sektorda həyata keçirilən islahatların davamlı olmasının vacibliyinə işarə vurur və fikrinin davamında dövlətin məhsul istehsalını artıra biləcək yeniliklər üçün bütün addımları atacağını vurğulayır: “Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini, nəhayət ki, tətbiq etməliyik”.
Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısının yeni texnologiyaların ölkəmizə gətirilməsini, həmçinin elektron kənd təsərrüfatı sisteminin tətbiqini qətiyyətlə israr etməsi təsadüfi deyil. Bir-birinə bağlı olan hər iki yenilik həm məhsul istehsalının artmasına, həm də kənd təsərrüfatında əl əməyinin minimuma endirilməsinə xidmət edir. Xüsusən aqrar sektorda əl əməyinin azaldılmasının vacibliyini bu il pambıq sahələrində becərmə vaxtı baş vermiş məlum hadisələr bir daha ortaya qoydu. Bu baxımdan Prezidentin “Baxmayaraq ki, mən bu məsələ (elektron kənd təsərrüfatı sistemi - red.) ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır. Ona görə də ən müasir texnologiyalar tətbiq edilməlidir, xarici mütəxəssislər cəlb olunmalıdır” tapşırığı nəinki təsadüfi sayılmamalı, hətta çox ciddiyə alınmalıdır.
Bunlar yaxın gələcəyin real gözləntiləridir. Amma Azərbaycanın aqrar sektorunda son vaxtlar görülən real işlər də az deyil. Götürək aqroparkları. Bu gün 30 rayonda 45 aqropark yaradılır. 192 min hektarda yaradılan həmin parkların ümumi dəyəri 1 milyard manatdır. Təkcə oradakı infrastrukturun qurulmasına 207 milyon manat dövlət vəsaiti xərclənib, 111 milyon manat güzəştli kredit və 564 milyon manatlıq 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq 4 aqroparkda ilk mərhələ üzrə işlər yekunlaşıb. İlin sonunacan isə daha 14 aqroparkın istifadəyə verilməsi gözlənilir. “Daha” ona görə ki, ölkədə fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatları var. Onların istifadəsində olan 50 min hektar ərazidə Prezidentin qeyd etdiyi müasir suvarma sistemlərinin tətbiqi hesabına buğda, arpa, dənlik qarğıdalı və digər bitkilər üzrə orta məhsuldarlıq ölkədəki müvafiq göstəricidən 2 dəfə çoxdur.
Söz ki istehsal və məhsuldarlıqdan düşdü, Dövlət Statistika Komitəsinin cari ilin 6 ayı üzrə kənd təsərrüfatına aid açıqladığı əsas rəqəmlərə nəzər salaq. Hesabatda bildirilir ki, yanvar-iyun ayları ərzində ölkə üzrə ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalında 7,6, o cümlədən bitkiçilikdə 14,6, heyvandarlıqda 2,5 faiz artım qeydə alınıb.
Rəqəmlərdən də aydın olur ki, kənd təsərrüfatının hər iki sahəsi üzrə məhsul istehsalında artım var. Hətta bu artım faizləri arasında fərq çox olsa da, hər halda tendensiya müsbətdir, yəni aparılan islahatlar, bu islahatları həyata keçirmək üçün ayrılan vəsaitlər istənilən səviyyədə olmasa da, nəticəsiz qalmır. Üstəlik, məlum olduğu kimi, aqrar sektorun inkişafına birbaşa cavabdehlik və məsuliyyət daşıyan Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdirilib, meydan gənc, təşəbbüskar, yeniliklərə meyilli kadrlara verilib. Elə təkcə bu faktın özü yaxın zamanlarda ölkəmizin çörək təknəsi sayılan kənd təsərrüfatında köklü dəyişikliklərin baş verəcəyinə ümidi artırır. Bu ümiddən doğan məqsəd isə ölkəmizin əsas ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və həmin məhsulların ixrac imkanlarının artırılmasıdır.

Raqif MƏMMƏDOV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM