Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:49 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zaqatala şəhəri daha cəlbedici olur
Zaqatala şəhəri daha cəlbedici olur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 08.08.2018

 

Zaqatala hər səfərdə müsbət cəhətləri ilə insanı heyran edən məkanlardandır. Bura hansı fəsildə gəlirsən gəl, mütləq yeniliklə tanış olacaqsan. Şübhəsiz ki, görülən bütün işlər, yaradılan gözəlliklər dövlətin maddi dəstəyi sayəsində mümkünləşir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin, həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər və daxili imkanlar hesabına Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri sosial sahədə mövcud problemlərin həllini əməlli-başlı sürətləndirib.

Rayondakı tikinti-quruculuq işlərində subpodratçı qismində çıxış edən “Təmir, tikinti, abadlıq” MMC-nin iş icraçısı Sədulla Əfəndiyev bildirdi ki, Zaqatala şəhərində  çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün rayon icra hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına 1 beşmərtəbəli, 1 dörd və 1 üçmərtəbəli, 17 ikimərtəbəli binalarda əsaslı təmir işlərinə başlanılıb. “Abad həyət” layihəsi əsasında yaşayış binalarının həyətində abadlıq və təmir işlərinə də start verilib. Hazırda həmin ərazilərdə işlərin yekunlaşanı da var, son tamamlama işləri aparılanı da...

S.Əfəndiyev onu dedi ki, Zaqatala şəhərinin baş planına əsasən, 2425 kvadratmetr yaşıllıq sahəsinin salınması, sahəsi 448 kvadratmetr olan idman meydançasının, tamet örtüklü səkilərin, istirahət və uşaq oyun meydançalarının, suvarma və işıqlandırma sistemlərinin quraşdırılması yekunlaşıb: “Şəhərin tarixi mərkəzinin bərpası və yenidənqurulması layihəsinin davamı olaraq küçələrdə həm yerli sakinlər, həm də turistlər tərəfindən cəlbediciliyi ilə seçilən Qala düzünün pilləkənlərində əsaslı yenidənqurma işləri aparılıb. Köhnə pilləkənlər tam müasir və keyfiyyətliləri ilə əvəz olunmaqla yanaşı, onlara yeni dizayn verilib. Pilləkənlərdə yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək qranit üzlüyü ilə əvəzlənib. İşıqlandırma sistemi yenilənib, istinad divarı tikilərək qaya daşı ilə üzlənib. Həmçinin Qala düzü adlanan ərazidəki çoxmənzilli binaların fasadları təmir olunub, “Abad həyət” layihəsi çərçivəsində 6 binanın həyətində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaşıllıq sahələri salınıb, idman meydançaları tikilib. Bunlarla yanaşı, bir sıra küçələrdə bardürlər dəyişdirilib, işıqlanma yenilənib və yaşıllıq salınıb, bəzi ərazilərdə isə yağış suyunun axıdılması üçün borular quraşdırılıb. Akademik Zərifə Əliyevanın adını daşıyan bağın qarşısındakı səki zolağında 200 metr uzunluğunda istinad divarları tikilib, yeni bardürlər düzülüb. Şəhərin abadlaşdırılması üçün ayrılmış vəsait hesabına Heydər Əliyev parkında da yenilənmə işləri aparılıb. Parkın daxilindəki işıq sistemləri bütünlüklə yenilənib. Gediş-gəlişin daha da asanlaşması üçün yeni yol açılıb”. 

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM