08 Avqust 2018 12:08
204
İQTİSADİYYAT
A- A+

Alimlər köməyə gəlir

 

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər Bölgə Təcrübə Stansiyasında təsərrüfat işlərinin qızğın çağıdır. Bu ünvan ölkənin qabaqcıl fermerlərinə yaxşı tanışdır. Taxıl toxumçuluğu ilə məşğul olanların stansiya ilə sıx və işgüzar əlaqələri var. Burada yetişdirilən yüksək reproduksiyalı toxumlara tələbat çoxdur.

Cari il təcrübə stansiyasının ərazisində 277 hektar sahəyə taxıl əkilmişdir. Bunun 30 hektarı elmi əkinlərdir. Elmi əkinlərin əsasını “Qobustan”, “Fatimə”, “Qırmızı gül-1”, “Murov-2” buğda, “Qarabağ-22” və “Qarabağ 33” arpa sortları təşkil edir.

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi zona təcrübə stansiyasının fəaliyyətində də canlanma yaratmış, aqrar sektorun elmi əsaslar üzərində inkişafına güclü təkan vermişdir. İndi Elmi-Tədqiqat Əkinçilik İnstitunun taxılçılıq üzrə mütəxəssisləri tez-tez bölgədəki təcrübə stansiyasında olur, elmi axtarışlarını davam etdirirlər. Tanınmış alim Abdin Abdullayev məhsuldar buğda sortları yetişdirmək istiqamətində bir sıra nailiyyətlərə imza atmışdır. Abdin müəllim “Murov-2”, “Şəfəq-2”, “Azəri” və digər məhsuldar buğda sortlarının müəllifidir.

Stansiyanın direktor əvəzi Həqiqət Həşimova ilə biçin aparılan taxıl zəmisində görüşdük. Zəmidə alaq gözə dəymirdi. Hamısı bir boyda olan dolu sünbüllər elə bil eyni qəlibdən çıxmışdı. Hazırda Əkinçilik İnstitutunun dissertantı olan Həqiqət Həşimova söhbət zamanı dedi:

- Ölkəmizdə sosial-iqtisadi inkişaf dinamik xarakter almışdır. Aqrar sektorun bu inkişafdan geri qalmaması üçün dövlət səviyyəsində qəbul edilən qərarlar, həyata keçirilən məqsədyönlü tədbirlər təqdirəlayiqdir. Elmi əsaslara söykənmədən, qabaqcıl təcrübəni, mütərəqqi texnologiyaları yaradıcılıqla tətbiq etmədən müasir dövrdə əkinçiliyin inkişafına nail olmaq mümkün deyil. 1990-cı ildən bu stansiyada çalışıram. Bu il Tərtər Təcrübə Stansiyasının fəaliyyətə başlamasının 85 ili tamam olur. Ötən illər ərzində taxıl toxumlarının yetişdirilməsində stansiyanın elmi əməkdaşları yaddaqalan xidmətlər göstərmişlər. Görkəmli seleksiyaçı akademik Cəlal Əliyevin stansiya ilə əlaqələri sıx olmuşdur. Akademikin bir çox tövsiyələri bu stansiyada istehsalata uğurla tətbiq edilmiş, həyata vəsiqə almışdır. Biz qarşıya qoyulan vəzifənin məsuliyyətini yüksək dəyərləndiririk. Bu vəzifələrin şərəflə reallaşdırılması üçün stansiyanın maddi-texniki bazası müasir tələblərə uyğun olaraq möhkəmləndirilməlidir. Stansiyada laboratoriya avadanlıqlarına ciddi ehtiyac var. Müasir tipli anbarların, maşın-mexanizm üçün qarajın inşası çox vacibdir. 

Həqiqət xanımın söhbətindən görünürdü ki, əkinçilik mədəniyyətini yüksəltməyin ölkədə canlı nümunəsi olan Tərtər Bölgə Təcrübə Stansiyasının kollektivində sabaha inam böyükdür. Elmlə istehsalatın qovuşduğu, aqrar sektorun yüksəlişinə etibarlı bünövrə qoyulduğu stansiyada hər kəs çalışır ki, ümumi işə daha çox töhfə versin.

 

Lazım QULİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video